Sumqayıtlı deputat Elnarə Akimova ilə Bakı Dövlət Universitetində görüş keçirilib - FOTO

 

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında Elm gününə həsr olunmuş tədbirlər çərçivəsində “Müasir Azərbaycan ədəbiyyatı və tənqidində əsas tendensiyalar” mövzusunda ustad dərsi keçirilib. Tədbirin əsas məruzəçisi Milli Məclisin deputatı, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Elnarə Akimova olub.
E.Akimova çıxışında müasir Azərbaycan ədəbiyyatının inkişaf dinamikasını tarixi və nəzəri kontekstdə təhlil edərək bildirib ki, bədii mətnlər ideoloji çərçivələrdən kənarda da müstəqil estetik dəyər daşıyır və ədəbi prosesin keyfiyyət göstəricisi məhz bu estetik müxtəlifliyin qorunması ilə ölçülür. O, ədəbiyyatın cəmiyyətin mənəvi təfəkkürünü əks etdirən canlı sistem olduğunu vurğulayaraq, hər yeni mərhələnin həm estetik axtarışlar, həm də ictimai reallıqlarla sıx bağlı şəkildə formalaşdığını diqqətə çatdırıb.
Millət vəkili qeyd edib ki, XX əsrin 80-ci illərindən başlayaraq Azərbaycan ədəbiyyatında yeni bədii meyllər və ifadə formaları yaranmağa başlayıb. Keçid dövrünün mürəkkəb ictimai-siyasi prosesləri ədəbi mühitə güclü təsir göstərərək mövzu dairəsinin genişlənməsinə, insan və cəmiyyət münasibətlərinin yeni rakurslardan təqdim olunmasına səbəb olub. Onun sözlərinə görə, 1990-cı illərin sonu – 2000-ci illərin əvvəllərində milli ədəbiyyat müstəqillik ideyasını təkcə ideya səviyyəsində deyil, poetik düşüncə sistemi və bədii struktur daxilində də ifadə etməyə başlayıb.
Müstəqillik mərhələsində türkçülük ideyalarının fəallaşmasının milli kimlik və mədəni yaddaşın bədii mətndə yeni semantik qatlar qazanmasına imkan yaratdığını bildirən alim vurğulayıb ki, bu dövrdə Azərbaycan ədəbiyyatı milli dəyərlərlə qlobal bədii təfəkkürün qarşılıqlı təsiri fonunda inkişaf edir və bu sintez ədəbi mətnlərin məzmun və forma xüsusiyyətlərinə birbaşa təsir göstərir.
Məruzədə postmodernizm cərəyanının ədəbi prosesə daxil olmasına da geniş yer ayrılıb. E.Akimova qeyd edib ki, postmodernizm qlobal miqyasda mədəni və mənəvi böhranların bədii ifadə forması kimi meydana çıxaraq klassik mətn modellərinə yeni yanaşmalar formalaşdırıb, mətnlərarası əlaqələri və çoxqatlı semantikanı ön plana çıxarıb. Onun fikrincə, bu istiqamət Azərbaycan ədəbiyyatında da estetik düşüncənin yenilənməsinə təkan verib.
Deputat sovet ideoloji sistemi dövründə Azərbaycan ədəbiyyatının bir sıra dünya ədəbi mərhələləri ilə paralel inkişaf imkanlarının məhdud olduğunu xatırladaraq bildirib ki, müstəqillik illərində bu estetik boşluqların doldurulması prosesi müşahidə olunur. O, bu mərhələdə bəzi əsərlərdə milli-mənəvi dəyərlərlə polemik münasibətin ortaya çıxmasını, dini və metafizik anlayışların yeni interpretasiyalarla təqdim edilməsini ədəbi prosesin təbii təkamül göstəricisi kimi dəyərləndirib.
Çıxış zamanı müasir ədəbi tənqidin rolu, ədəbiyyatın ictimai şüurun formalaşmasındakı funksiyası və yeni nəsil yazarların bədii axtarışları barədə də ətraflı fikir mübadiləsi aparılıb. Elnarə Akimova ədəbiyyatın milli-mədəni yaddaşın qorunması və inkişafında mühüm rol oynadığını vurğulayaraq, elmi-nəzəri müzakirələrin bu prosesə töhfə verdiyini bildirib.
Ustad dərsinin sonunda iştirakçıların sualları cavablandırılıb, müasir Azərbaycan ədəbiyyatının perspektivləri və ədəbi tənqidin aktual problemləri ətrafında geniş müzakirə aparılıb. Tədbir elmi mühitdə ədəbi prosesin aktual istiqamətlərinin müzakirəsi baxımından mühüm platforma kimi qiymətləndirilib.

 

 

 

 


24-02-2026, 15:25 52

Digər xəbərlər

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

Sumqayıtda aprelin 19-da imtahan keçiriləcək

Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtda karbamid istehsalı azalıb – rəsmi rəqəmlər açıqlandı

Sumqayıtda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar” - FOTO/VİDEO

Sumqayıtda 3 nəfəri qətlə yetirərək ömürlük həbs cəzası alan şəxslə bağlı QƏRAR

Azərbaycanda bu kanalların lisenziyası ləğv edildi

Macarıstana ona görə getdik ki… - Vens

Bakı və Sumqayıtda pensiyalar ödənildi

Sumqayıt “E-Şikayət” statistikasında: müraciətlərin 4,3%-i bu şəhərdəndir

Sumqayıtda qazılan yol təhlükəyə çevrildi – xəbərdarlıq nişanı yoxdur-FOTO/VİDEO

Sumqayıtda MİDA-nın 10 illik fəaliyyəti: minlərlə ailə güzəştli mənzillə təmin olunub

Sumqayıtdan Qubaya getdi, dörd dəfə boşanan kişi ilə qaçan bacısını öldürmək istəd

SON DƏQİQƏ: Sumqayıtda 4 avtomobil və avtobus toqquşdu-FOTO

Ehtiram Hüseynovun Xankəndidə konserti keçirildi – FOTO/VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1040
Bu gün, 01:23
Dünən, 21:10
Dünən, 20:29
Dünən, 19:28
Dünən, 18:35
Dünən, 12:59
Dünən, 12:56
Dünən, 09:55
Dünən, 09:51
Dünən, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
13-04-2026, 13:06
13-04-2026, 11:35
13-04-2026, 10:34
12-04-2026, 22:25
12-04-2026, 16:47
11-04-2026, 19:34
11-04-2026, 15:18
11-04-2026, 13:02
10-04-2026, 18:36
10-04-2026, 18:34
10-04-2026, 18:19
10-04-2026, 17:48
10-04-2026, 15:37
10-04-2026, 15:31
10-04-2026, 15:25
10-04-2026, 15:19
10-04-2026, 15:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1040