“eManat” KİV mənsublarına rəsmi müraciət ünvanladı

“Modenis” MMC şirkəti “eManat”la bağlı yayılan məlumatlara cavab verib.

Açıqlamada bildirilir:
“Dəyərli KİV nümayəndələri,
Məlumat üçün nəzərinizə çatdırmaq istəyirik ki, son zamanlar bir sıra KİV mənsubları “eManat” brendilə bağlı xəbərləri dəqiqləşdirmədən, tərəfimizdən müvafiq şərhlər almadan əsassız və ya natamam məlumatlar dərc edir. Şirkətimiz əhaliyə 24 saat xidmət göstərir və hər zaman olduğu kimi media qurumları və ictimaiyyətlə də daim sıx əlaqədə olur. Şirkətə daxil olan müraciətlər, şikayətlər zaman itkisi olmadan yerindəcə cavablandırılır və həllində operativ əməliyyatlar aparılır.
Media ilə dostluq münasibətlərimizi nəzərə alaraq, bir daha xahiş edirik ki,  şirkətin rəsmi təmsilçiləri tərəfindən şərh almadan materiallar dərc etməyəsiniz. Əks halda, bildirilməmiş xəbərlərin dərc olunması brendin müştərilərinə yanlış məlumatın verilməsi ilə nəticələnə bilər.
Hazırkı siyasətin əsas məqsədi KİV-də brend haqqında məlumatların düzgün və tam əhatəli şəkildə müştərilərə çatdırılmasıdır. 
Düşünürük ki, qarşı tərəf də oxuculara məlumat verən zaman brendin rəsmi mövqeyini qeydə almaqda maraqlıdır.
Bir daha bildiririk ki, “eManat” brendi AR Mülki Qanunvericiliyinə əsasən vurulmuş zərərin ödənilməsi tələbi ilə müvafiq dövlət qurumlarına/orqanlarına müraciət etmək hüququna malikdir. 
Hörmətli KİV mənsubları, sizi məlumat mübadiləsi üzrə daha sıx və korporativ əməkdaşlığa dəvət edirik!
Şirkətin KİV ilə əlaqələr üzrə rəsmi təmsilçiləri barədə məlumatlar aşağıda qeyd olunmuşdur:
Ayşən Həsənova
İctimai əlaqələr və marketinq üzrə aparıcı mütəxəssis
0555058047
[email protected]
Murad Cəfərli
Hüquqşünas
0555159521
[email protected]

27-04-2022, 17:30 398

Digər xəbərlər

Səbinə Salmanova Sumqayıtda seçiciləri ilə görüşdü – bir sıra məsələlər yerindəcə həll olundu - FOTO

Bələdiyyə sədri növbəti dəfə şəhər sakinlərini qəbul edib-FOTOLAR

Sumqayıtın bu məktəblərində direktorlar dəyişdi - FOTO

Bakı-Sumqayıt elektrik qatarlarının hərəkətində yaranan problem aradan qaldırılıb

Tələbələrin sığınacaq dərdi: SDU yataqxanasında qiymətlər neçəyə başa gəlir?

Sumqayıtda yüksək nəticə göstərən məzunlarla görüş keçirilib - FOTO

Sumqayıtda zibil problemi – 13-cü mikrorayonda antisanitariya -FOTO

Sumqayıtda torpaq sahələrinin sənədləşdirilməsi sürətləndirildi – sakinlərdən dəstək istənilir-FOTOLAR

Sumqayıtda köhnə “Simurq” restoranının tüstüsü narazılıq yaradıb

Santuş üçün 8.2 milyon manat təzminatı uşaq futboluna yatırsaydıq, indi... (ANALİZ)

Sumqayıtda 8-ci sinif şagirdi vəfat etdi - Foto

Sumqayıtda 1200 abonentin qazı kəsiləcək

Sumqayıtda evdə 50 yaşlı kişinin meyiti tapılıb

Sumqayıtın bu zavodunun adı dəyişdirilib

Sumqayıt xəstəxanasına 8 nəfər zəhərlənmə ilə yerləşdirilib

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı-Quba yolunda baş verən qəza nəticəsində yaralılar Sumqayıt Tibb Mərkəzinə gətirilib - FOTO

Zakir Fərəcov səyyar görüş keçirib - FOTOLAR

Bakı Appelyasiya Məhkəməsi qanunsuz tikililərlə bağlı "Pilot Residence" yaşayış binasına baxış keçirib

Zəngəzur dəhlizi üzrə saziş – ABŞ-ın diplomatik qələbəsi, İranın strateji məğlubiyyəti ŞOK YAZI

1 2 3 4 5 6 7 8 9 10 ... 965
Dünən, 20:53
Dünən, 17:10
Dünən, 15:09
Dünən, 12:46
Dünən, 10:11
Dünən, 01:53
11-09-2025, 22:48
11-09-2025, 19:08
10-09-2025, 11:22
9-09-2025, 11:22
9-09-2025, 10:53
9-09-2025, 10:09
9-09-2025, 08:50
8-09-2025, 16:17
8-09-2025, 15:01
8-09-2025, 12:07
6-09-2025, 10:43
5-09-2025, 17:25
5-09-2025, 17:05
5-09-2025, 15:50
5-09-2025, 15:36
5-09-2025, 13:38
5-09-2025, 12:17
4-09-2025, 13:36
4-09-2025, 13:31
4-09-2025, 08:37
3-09-2025, 16:45
3-09-2025, 16:34
3-09-2025, 16:00
3-09-2025, 15:40
3-09-2025, 15:28
3-09-2025, 15:23
3-09-2025, 12:09
3-09-2025, 10:48
2-09-2025, 16:28
2-09-2025, 14:51
2-09-2025, 11:56
1-09-2025, 15:22
1-09-2025, 15:16
1-09-2025, 15:13
1 2 3 4 5 6 7 8 9 10 ... 965