
Sumqayıt üç basketbolçusu ilə müqavilənin müddətini uzadıb
"Sumqayıt" klubu üç basketbolçusu ilə müqavilənin müddətini uzadıb.
Bu barədə "gənclik şəhəri" təmsilçisindən məlumat verilib.
Zaur Quşanov, İsmayıl Əliyev və Murad Orucəliyevin növbəti mövsümdə də komandada çıxış edəcəyi dəqiqləşib. /Report