Santuş üçün 8.2 milyon manat təzminatı uşaq futboluna yatırsaydıq, indi... (ANALİZ)

 Azərbaycanın futbol üzrə milli komandasının baş məşqçisi, təcrübəli portuqaliyalı mütəxəssis Fernandu Santuş istefaya göndərildi. Görünür futbol ictimaiyyətinin və azarkeşlərin davamlı təzyiqindən sonra İslandiya kimi ortabab Avropa konandasına 0-5 hesablı məğlubiyyət AFFA rəhbərliyinin da səbr kasasını "daşdırdı". Təəssüf ki, Santuşun rəhbərliyi dövründə yığmamız bir qələbə də qazana bilmədi - 11 oyundan 9 məğlubiyyət və 2 heç-heçə. Məyusluq doğuran digər məqam isə müqavilə şərtlərinə əsasən, Santuşa 4,5 milyon avro (təxminən 8,2 milyon manat) məbləğində təzminatın ödənilməsidir. Yayılan məlumatlara görə komandamızdan qovulan məşqçi təzminatın məbləğində güzəştə getmək fikrindən uzaqdır və bunu federasiya rəsmilərinə açıqca söyləyib. Hər halda bu xəbər tam təsdiqini tapmasa da, ehtimal ki, sonda əsl reallıq da bizə agah olmayacaq.

Bu qədər böyük vəsaitin nəticəsiz xərclənməsi ictimaiyyət arasında haqlı suallar doğurur. Axı bu pullarla ölkə futboluna böyük yatırımlar etmək olardı...
Maraqlıdır, əgər bu məbləğ beş il əvvəl uşaq futbolunun inkişafına yönəldilsəydi, bu gün hansı nəticələr əldə edə bilərdik?
Bu barədə qısa analiz aparmağa çalışdıq.

Uşaq futboluna yatırım imkanları

Mütəxəssislərin hesablamalarına görə, ölkə reallığında 8 milyon manatdan çox vəsaitlə çoxsaylı inkişaf layihələri həyata keçirmək olardı:

- Uşaq futbol məktəbləri: Orta hesabla bir məktəbin illik saxlanma xərci 300–400 min manat təşkil edir. Bu vəsaitlə 15–20 regional futbol məktəbi tikilib 5 il ərzində maliyyələşdirilə bilərdi.

- İnfrastrukturun qurulması: Bir neçə rayon mərkəzində süni örtüklü mini stadionlar inşa etmək, təxminən 50 məktəbin futbol meydançasını bərpa etmək mümkün idi.

- Məşqçi hazırlığı: Gələcəkdə keyfiyyətli kadr bazasının formalaşmasına zəmin yaratmaq üçün pulun bir hissəsi gənc məşqçilərin UEFA lisenziyaları alması və Avropada təcrübə toplaması üçün istifadə edilə bilərdi.
Bu barədə bir az da geniş söz açaq.
Gənc məşqçilərin Avropada təcrübə qazanmaları yalnız UEFA lisenziyaları ilə məhdudlaşmamalıdır. Onlar həmçinin, Avropa ölkələrindəki futbol akademiyalarında təcrübə mübadiləsi proqramlarına qatılaraq, müasir məşq metodlarını və tədris texnologiyalarını öyrənə bilərdilər. Bu da Azərbaycanda futbolun inkişafını sürətləndirərdi.
Uşaq və gənclər liqalarının təşkilindən əlavə, beynəlxalq təcrübə qazanma və başqa ölkələrin futbol akademiyaları ilə qarşılıqlı əməkdaşlıq məsələləri daha geniş şəkildə müzakirə oluna, həyata keçirilə bilərdi.

- Uşaq və gənclər liqaları: U-12, U-14 və U-16 liqalarının təşkili, həmçinin istedadlı uşaqların hər il beynəlxalq təlim-məşq toplanışına göndərilməsi təmin edilə bilərdi. Yalnız milli arenada deyil, həmçinin beynəlxalq turnirlərdə iştirak etmək gənc futbolçuların inkişafı üçün vacibdir. Bu məbləğlə, ən istedadlı uşaqlar hər il Avropanın ən yaxşı akademiyalarına göndərilərək, orada yüksək səviyyəli məşq və təlimlər alardı. Bu, onların başqa ölkələrin futbol məktəbləri ilə qarşılıqlı təcrübə qazanmasını təmin edərdi. Belə təcrübələr uşaqların oyun anlayışını və texnikasını daha erkən yaşda inkişaf etdirərdi.


5–10 ildən sonrakı potensial nəticələr

Əgər bu vəsait 2019-cu ildə uşaq futboluna yatırılmış olsaydı:

- 10 minlərlə uşaq peşəkar futbol sisteminə cəlb edilərdi.

- Bu gün 18–20 yaşlı yeni bir futbolçu nəsli yetişərdi

- Azərbaycan Premyer Liqasında legionerlərin sayı azalar, daha çox yerli gənc oyunçular şans qazanardı.

- Milli komandamız ən azı bir neçə mövqedə öz yetirmələrinə güvənə bilərdi, çox gözəl infrastrukturu, seçim üçün kadr bazası formalaşardı.

Beləliklə, Fernandu Santuşa ödənilən 4,5 milyon avro təzminat yalnız bir müqavilənin nəticəsiz yekunu oldu. Halbuki həmin vəsait uşaq futboluna yönləndirilsəydi, bu gün Azərbaycan futbolu daha sağlam baza üzərində inkişaf edər, gələcək nəsillərə ümid vəd edərdi.

Yeri gəlmişkən, "Qarabağ"ımızın baş məşqçisi, futbolumuzun canlı əfsanəsi Qurban Qurbanov millidən istefaya məcbur ediləndə 2 milyon manat təzminat almalı idi. AFFA həmin pulu verməyə hazır olsa da, Qurban Qurbanov imtina etmişdi ondan. Bəli, bu həmin Qurban Qurbanovdur, İcraiyyə Komitəsində sözlərini qəribçiliyə salınan QURBANOV.
Görünür, bu ölkədə yerlilərin qədri bilinməyəcək, bu vəziyyət çox davam edəcək. Yerli deyəndə, AFFA-nın dost-tanışı olan rusdilli, ingilisdilli kəsimi nəzərdə tutmuruq, işiylə buna haqq edənləri deyirik. Yoxsa harada boş yer olursa, ya əcnəbilər yerləşdirilir, ya da AFFA-nın "özününküləri"

"Futbolun inkişafına yatırım" anlayışı yalnız bu günün nəticəsi üçün deyil, daha çox sabahın uğurlarının əsasını qoymaqdır. Bu gün uğursuz bir əcnəbi məşqçiyə ödənilən təzminat, əslində, gələcəkdə yüzlərlə uşağın arzularına və minlərlə azarkeşin "ümidinə sərmayə" ola bilərdi.

Elnur Ağayev
Xeberle.com

9-09-2025, 11:22 167

Digər xəbərlər

Sumqayıtda güzəştli mənzillərin satışı başlayır

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Respublika Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyev: “Zəngilan regionun strateji nəqliyyat mərkəzinə çevriləcək”

Ölən 10 yaşlı uşağı mal peyini ilə diriltmək istədilər - DƏHŞƏT

44 rəsmdə 44 qəhrəmanlıq hekayəsi – Sumqayıtda “Zəfərin rəngi” sərgisi keçirilib FOTO

Prezident İlham Əliyev Cəbrayılda “Şəms” və “Üfüq” Günəş Elektrik Stansiyalarının təməlini qoydu

Sumqayıtda oktyabr ayı üzrə bütün sosial ödənişlər tam şəkildə həyata keçirilib

Sumqayıtda Birinci Qarabağ müharibəsinin itkin şəhidi Lətif Şahhüseynov dəfn edilib - FOTO

Sumqayıt şəhərini Saray körpüsü ilə birləşdirən yolla bağlı son vəziyyət -FOTO-VİDEO

Etibar Məmmədovdan Arif Hacılıya: “Cəfəng adamlara cavab vermirəm” - QALMAQAL

Sumqayıtın deputatı: Vətən müharibəsində qazanılan Zəfər hər birimizin həyatında xüsusi yer tutur

Regionda ilk: Meyitdən orqan nəqli – Uğurlu təcrübədən gələcəyə doğru

"Sumqayıt"ın Yankoviçi "Qarabağ"dakı adaşından DANIŞDI

Sumqayıtda bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb

Bakı-Sumqayıt yolunda sıxlıq – səhər saatlarında tıxac yaranıb

Coratda baş verən dəhşətli qətliamdan iki il keçir

Sumqayıtda 21 yaşlı qız binadan yıxılaraq dünyasını dəyişib - Fotosu

“Bəzi peşələr yoxa çıxacaq” - “ChatGPT”nin yaradıcısı

Kamerun dünyanın ən yaşlı prezidentini seçdi

Sinaqoqa qarşı terror aktı həyata keçirməyə cəhddə təqsirləndirilən şəxsə hök

1 2 3 4 5 6 7 8 9 10 ... 976
Bu gün, 08:35
Dünən, 22:47
Dünən, 22:23
Dünən, 19:52
Dünən, 18:11
Dünən, 17:35
Dünən, 17:25
Dünən, 14:59
Dünən, 14:56
Dünən, 12:12
Dünən, 11:41
Dünən, 11:25
Dünən, 11:20
Dünən, 11:00
Dünən, 09:39
Dünən, 08:12
27-10-2025, 23:06
27-10-2025, 22:14
27-10-2025, 19:59
27-10-2025, 19:53
27-10-2025, 18:43
27-10-2025, 18:34
27-10-2025, 18:07
27-10-2025, 17:21
27-10-2025, 14:17
27-10-2025, 14:00
27-10-2025, 12:25
27-10-2025, 12:11
27-10-2025, 12:09
27-10-2025, 12:04
27-10-2025, 11:52
27-10-2025, 11:38
27-10-2025, 11:30
26-10-2025, 22:02
26-10-2025, 21:44
26-10-2025, 20:30
26-10-2025, 16:29
26-10-2025, 16:22
26-10-2025, 16:17
26-10-2025, 16:15
1 2 3 4 5 6 7 8 9 10 ... 976