Zəngəzur dəhlizi üzrə saziş – ABŞ-ın diplomatik qələbəsi, İranın strateji məğlubiyyəti ŞOK YAZI

 ABŞ lideri Donald Tramp ötən ay Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edərək Zəngəzur dəhlizi üzrə sülh sazişini rəsmiləşdirib.

Bu sözlər “The Hill” saytının analitik yazısında yer alıb.

“İlk baxışdan bu, sülhə doğru addım təsiri bağışlasa da, İran üçün ciddi strateji zərbə oldu. Sazişə görə, Azərbaycanla onun anklavı – Naxçıvan arasında birbaşa yol bağlantısı yaradılacaq. Marşrut Ermənistan ərazisindən keçəcək və həmin ərazi Ermənistanın suverenliyi və nəzarəti altında qalacaq. Beləliklə, dəhliz İrandan yan keçəcək, eyni zamanda ABŞ-ın Cənubi Qafqazda uzunmüddətli mövcudluğunu rəsmiləşdirəcək: Vaşinqton 99 illik imtiyaz müqaviləsi əsasında “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) adlandırılan yolun inkişaf hüququnu əldə edib.

İran üçün bu, mühüm təsir vasitəsinin itirilməsi deməkdir. Onilliklər boyu məhz coğrafi mövqeyi Tehrana regional tranzit siyasətində çəkidə qalmağa imkan verirdi. İndi isə bu üstünlük aradan qalxır.

Dəhliz daha geniş tendensiyanın bir hissəsi oldu: İranın xarici siyasətə yatırdığı resurslar addım-addım dağılır:

- Livanda “Hizbullah”ın mövqeləri ciddi zəifləyib.

- İsrail və ABŞ-la baş vermiş 12 günlük müharibə İranın hərbi sistemindəki zəiflikləri üzə çıxardı.

Xarici uğursuzluqlar fonunda daxili problemlər daha da kəskinləşir: inflyasiya, iqtisadi durğunluq, elektrik və su qıtlığı cəmiyyətdə narazılığı gücləndirir, Seyid Əli Xameneinin dominantlığına əsaslanan siyasi sistem isə getdikcə daha kövrək görünür.

Bu arada Tramp Zəngəzur sazişindən öz imicini möhkəmləndirmək üçün istifadə edir, hətta potensial olaraq Nobel Sülh Mükafatına namizədliyini gündəmə gətirir. Lakin İran üçün nəticələr simvolik çərçivədən qat-qat ciddidir: dəhliz onun Bakı və Ankara üzərində təsirini azaldır, tranzit oyunundan kənarlaşdırır və daxili qeyri-sabitlik riskini artırır”, - məqalədə qeyd olunub. /Müsavat.com

5-09-2025, 15:50 193

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041