
Bakı-Pirşağı-Sumqayıt sürət qatarının hərəkətində problem yaşanıb.
Məlumatına görə, kontakt şəbəkədə yaranmış problem Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə hərəkət edən dörd qatarın gecikməsinə səbəb olub.
"Azərbaycan Dəmir Yolları"ndan verilən məlumata görə, baş verən problem aradan qaldırılıb, qatarların qrafik üzrə hərəkəti təmin olunub. /Oxu.az