Sumqayıt sənaye zonası Azərbaycanın qeyri-neft ixracının əsas mərkəzinə çevrilib

 Azərbaycanda sənaye zonalarında məhsul istehsalı son on ildə rekord həddə çatıb.
Belə ki, əgər 2015-ci ildə bu rəqəm 271 milyon manat olubsa, 2025-ci ilin ilk yarısında göstərici 17,2 milyard manata yüksəlib.

Sumqayit.tv xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, ölkənin sənaye zonalarında ilk məhsul istehsalı məhz 2015-ci ildə Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilib. O vaxtdan bəri Sumqayıt Azərbaycanın sənaye xəritəsində strateji mövqeyini möhkəmləndirib və qeyri-neft sektorunun inkişafında aparıcı rola malikdir.

Burada istehsal olunan məhsullar artıq 70-dən çox ölkəyə ixrac olunur. Əsas bazarlara Avropa, Asiya, MDB ölkələri, Türkiyə, həmçinin Şimali və Cənubi Amerika daxildir.

Sumqayıt sənaye müəssisələrinin istehsal portfelinə polad, polimer borular, tikinti kimyəviləri, sürtgü yağları, kabel, şüşə lövhələr, keramik plitələr, tütün məmulatları, ipliklər, elektrodlar, ayaqqabılar və digər məhsullar daxildir.

Rəsmi məlumata əsasən, bu ilin ilk yarısında sənaye zonalarından 583 milyon manatlıq ixrac həyata keçirilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 22,2 % çoxdur. Qeyri-neft ixracında isə pay 28,3 % təşkil edir

1-09-2025, 15:13 239

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102