Sumqayıtda köhnə “Simurq” restoranının tüstüsü narazılıq yaradıb

 Sumqayıtda yerləşən köhnə “Simurq” restoranının bacasından çıxan tüstü sakinlərin narazılığına səbəb olub.

Şəhər sakinlərinin Sumqayit.tv-yə verdiyi məlumata görə, hər gün axşam saat 18:30-dan 19:00-a qədər restoranın bacasından qalxan tüstü ətraf ərazini bürüyür. Bu isə həm insanların gündəlik rahatlığına, həm də ekologiyaya mənfi təsir göstərir.

Qeyd edək ki, bu problem təkcə “Simurq” restoranı ilə məhdudlaşmır. Ümumiyyətlə, uzun müddətdir ki, Sumqayıtdakı restoran və şadlıq evlərinin bacalarından çıxan tüstü ilə bağlı narazılıqlar tez-tez səsləndirilir.

Məsələ ilə bağlı mütəxəssislər bildirirlər ki, problemin həlli üçün aşağıdakı tədbirlərin görülməsi vacibdir:

Restoran və şadlıq evlərində filtr və təmizləyici qurğuların quraşdırılması;

İstifadə olunan yanacaq və mətbəx avadanlıqlarının ekoloji normalara uyğunlaşdırılması;

Ekologiya və aidiyyəti qurumlar tərəfindən müntəzəm monitorinqlərin aparılması;

Qaydalara əməl etməyən obyektlərə qarşı inzibati tədbirlərin gücləndirilməsi.

Sakinlər ümid edirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlar qısa zamanda tədbir görəcək və şəhərin ekoloji mühiti qorunacaq.

10-09-2025, 11:22 275

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041