
Sumqayıt şəhərində fəaliyyət göstərən kiçik bərbərxanada yanğın hadisəsi qeydə alınıb.Sumqayit.tv xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ümumi sahəsi 5 kvadratmetr olan dəmir konstruksiyalı obyektin taxta üzlüyü və içəridəki avadanlıqlar yanıb. Hadisə zamanı həmçinin 2 metr uzunluğunda elektrik kabeli də istifadəyə yararsız hala düşüb.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə tamamilə nəzarətə götürülərək söndürülüb.