
Sentyabrın 5-də Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 5-ci mikrorayon ərazisində sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib. Sumqayit.tv xəbər verir ki, qəbulun əsas məqsədi vətəndaşların gündəlik qayğı və müraciətlərini birbaşa dinləmək, onların sosial, məişət və infrastrukturla bağlı problemlərinin həllinə operativ yanaşmaq olub.




