Bu qida sizi ZƏHƏRLƏYƏ BİLƏR - Diqqət etməsəniz...

 



“Vətəndaşlarımız xəstəxanalarda növbələrdə dayanıb, sağlamlığımızın 70 faizə qədəri qidadan asılıdır, dönərlər, şaurmalar isə səhhətə mənfi təsir göstərir”
Tatarıstanda 11 yaşlı məktəbli yerli mağazadan aldığı şaurmanı yedikdən sonra ölüb. Musavat.com Lent.az-a istinadla bildirir ki, azyaşlı qız şaurma yedikdən iki gün sonra şiddətli ürək bulanmasından şikayət edib. Yaxınları onu xəstəxanaya aparıb, həkimlər ona zəhərlənmə diaqnozu qoyublar.
Həkimlər məktəbli qızın həyatı üçün beş gün mübarizə aparsalar da, nəticəsi olmayıb. Qız avqustun 27-nə keçən gecə dünyasını dəyişib. Qeyd olunur ki, şaurmanın alındığı müəssisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, zaman-zaman Azərbaycanda da dönərdən zəhərlənmə halları qeydə alınır. Bir neçə gün öncə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən dönərxanalarda hazırlanan dönərlərin minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər keçirilib. Ölkə üzrə monitorinq keçirilən 310 müəssisədə sanitar-gigiyenik və sanitar-texniki vəziyyət qiymətləndirilib ki, onlardan 1 müəssisənin vəziyyəti qənaətbəxş hesab olunub, 309 müəssisədə isə bir sıra nöqsanlar aşkar edilib.
Monitorinq çərçivəsində 209 müəssisə üzrə 220 toyuq əti, 74 mal əti olmaqla, ümumilikdə,  294 dönərdən nümunələr götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. 64 dönər nümunəsində (47 toyuq əti və 17 mal əti) E.Coli bakteriyası, 1 toyuq dönəri nümunəsində L.monocytogenes bakteriyası və 1 mal ətindən dönər nümunəsində toyuq əti DNT-si aşkar edilib. 158 müəssisə üzrə 215 dönər nümunəsində hər hansı uyğunsuzluq aşkar edilməyib.
Aparılan yoxlamalar zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması ilə bağlı bir sıra uyğunsuzluqlar aşkar edilib ki, bununla əlaqədar 21 müəssisədə işlərin görülməsi, xidmətlərin göstərilməsinin dayandırılması, 1 müəssisədə çiy dönər emalının dayandırılması, 16 müəssisədə iş personalının üzvünün (üzvlərinin) kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul edilib. Həmçinin aşkar edilən pozuntularla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb və nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Bəs hazırda paytaxtdakı dönərxanalar nə dərəcədə qida standartlarına cavab verir? Vaxtaşırı yoxlamalardan keçirilirmi? Əhali nələrə diqqət etməlidir? Zəhərlənmələr ən çox nədən baş verir? Keyfiyyətli dönərin minimum qiyməti nə qədər olmalıdır?
Ekspert: “Dönərxanalar mənşəyi bilinməyən ətlərdən istifadə edir” -  17.09.2020, Sputnik Azərbaycan
Eyyub Hüseynov
Mövzu ilə bağlı  Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a danışıb: “Gündəlik mənzərəyə baxanda görərik ki, xeyli sayda vətəndaşlarımız apteklərdə, xəstəxanalarda növbədə dayanıb. Bu o deməkdir ki, sağlamlığımızda problemlər var. Sağlamlığımızın isə 70 faizə qədəri qidadan asılıdır. Dönərlər, şaurmalar sağlamlığımıza mənfi təsir göstərir. Doğrudur, AQTA mümkün olanı edir, lakin bu kifayət etmir. 
Bu gün hər bir dönərxanadan kağızlar, sənədlər asılıb, guya burada hazırlanan dönərlərin mənşəyi var, keyfiyyətlidir. Lakin bu sənədlərə heç cür inanmaq olmaz. Əksərən dönərlər təzə ətdən deyil, köhnə ətdən hazırlanır, hazırlanma şəraiti gigiyenik qaydalara cavab vermir. Nəticədə zəhərlənmələr baş verir.
Dönərxanalarda problem daha çox quş ətindən hazırlanan dönərlərlə bağlıdır. Söhbət təkcə ətdən deyil, dönərə vurulan digər inqridentlərdən də gedir. Dönərə vurulan mayonezlərin ağzı açılandan sonra saxlanma müddəti 4 saatdan artıq deyil. Lakin dönərxanalarda mayonez açıq şəkildə saxlanılır və harada hazırlandığı naməlumdur. Eyni zamanda mayonezi isti şəraitdə saxlayırlar ki, bu da nəticədə qida zəhərlənməsinə səbəb ola bilər. Dönər elə bir məhsuldur ki, onu dünəndən sabaha saxlamaq olmaz.
Ümumiyyətlə, ölkədə zəhərlənmələrin qeydiyyatı, statistikası düzgün aparılmır. Əgər düzgün aparılsaydı, biz dəhşətli statistikanı görərdik.
Zəhərlənmələrlə bağlı açıqlamalara isə baxanda görürük ki, burada əsasən vətəndaşı günahlandırmağa çalışırlar, guya ki, vətəndaş öz hazırlaşdığı turşu məhsullarından zəhərlənib və sairə.
Qeyd edim ki, dönərlərdən zəhərlənmələr çox geniş yayılıb. Ümumdünya Səhiyyə Təşkilatının hazırladığı uzunömürlülərlə bağlı hesabatda 190 ölkə arasında 115-ci sıradayıq, bu da o deməkdir ki, qidamızda problemlər var.
Ümumiyyətlə, dönərxanalar Azərbaycanın bir nömrəli bəlasına çevrilib. Normal halda olan ətdən hazırlanan dönərin qiyməti 4 manatdan aşağı olmamalıdır. Təbii ki, bu cür dönərlər satan yerlər də var.
Tövsiyəmiz budur ki, insanlar mümkün qədər dönərxanalara az üz tutsunlar. Çünki dönərxanalara təsadüfi ətlər gəlib çıxır. Təsadüfi deyil ki, bir neçə il öncə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi regionlarda mundar olmuş, həmçinin at, eşək ətlərinin daşınmasını ifşa etmişdi, buna görə xeyli sayda insan həbs olundu. Gərəkdir ki, bu iş yenə də davam etdirilsin, araşdırmalar aparılsın".
Eyyub Hüseynov bildirib ki, hələ də bölgələrdə hər cür ətin satışına icazə var, heç bir qadağa yoxdur: “Nazirlər Kabineti mütləq şəkildə qərar qəbul etməlidir ki, hansı ətləri satmaq olmaz. Beləliklə, bütün bu problemlər bir  yerə yığılır və insanların sağlamlığında öz mənfi izini qoyur".
Diyetoloq-həkim Ləman Süleymanova da qeyd edir ki, şaurma, dönər kimi qidaların hazırlanmasına xüsusilə diqqət edilməlidir: “Ümumiyyətlə, hər hansı qida hazırlananda ona sərf edilən inqridentlərə, qidanın tərkibinə, hazırlanma şəraiti, otaq temperatura diqqət edilməli, sanitar gigiyenik qaydalara əməl olunmalıdır. Xüsusilə şaurma, dönər kimi qidaların hazırlanmasına diqqət edilməlidir.
Burada ilk növbədə ət keyfiyyət olmalıdır. Bəzən olur ki, şaurmadan, dönərdən  zəhərlənmə ətin keyfiyyətsiz olması ilə bağlıdır. Belə ki, bu cür qidaların tərkibinə adətən toyuq əti, kartof, xiyar turşusu, xaman olur, hətta sarımsaq əlavə olunur. Əgər sadalanan bu inqridentlər keyfiyyətsizdirsə, düzgün şəraitdə saxlanılmayıbsa, zəhərlənməyə gətirib çıxarır.
Xüsusilə mayonez ən təhlükəli qidadır. Çünki isti otaq şəraitində və ya günəş altında qalanda onun tərkibindəki maddələr aktivləşir ki, bu da ağır zəhərlənməyə yol aça bilər. Mayonezli salatlar belə isti şəraitdə saxlanıldıqda və yaxud uzun müddət qaldıqda çox ağır toksidli zəhərlənməyə gətirib çıxara bilər.
Qida zəhələnməsi zamanı adətən yüngül baş ağrısı, ürəkbulanması olur. Bu, zəhərlənmənin ilkin əlamətidir. Artıq tədricən qusma, ishal kimi əlamətlər baş verir və yenə də fərqinə varmayanda ağır toksinlər qana daxil olur, temperatur kəskin artır. Təcili tədbir görülməzsə, xəstənin immun sistemi zəif olarsa, artıq xəstəni xilas etmək olmur".
Mütəxəssis qeyd edib ki, şaurma, dönər kimi qidaları rəngli, qazlı içkilərlə birgə qəbul etmək də təhlükəlidir: “Çox təəssüf ki, gənclərin əksəriyyəti şaurma, dönər kimi qidaları kola, digər rəngli içilər, ayranla qəbul edir. Əgər şaurmanın tərkibində zəhərli qidalar varsa, mayanez pisdirsə, üstəlik, cola, ayranla qəbul edilirsə, bu zaman zəhərlənmə ağırlaşır, hətta ölüm təhlükəsi yaranır”.

3-09-2024, 18:30 87

Digər xəbərlər

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

Sumqayıtda aprelin 19-da imtahan keçiriləcək

Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtda karbamid istehsalı azalıb – rəsmi rəqəmlər açıqlandı

Sumqayıtda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar” - FOTO/VİDEO

Sumqayıtda 3 nəfəri qətlə yetirərək ömürlük həbs cəzası alan şəxslə bağlı QƏRAR

Azərbaycanda bu kanalların lisenziyası ləğv edildi

Macarıstana ona görə getdik ki… - Vens

Bakı və Sumqayıtda pensiyalar ödənildi

Sumqayıt “E-Şikayət” statistikasında: müraciətlərin 4,3%-i bu şəhərdəndir

Sumqayıtda qazılan yol təhlükəyə çevrildi – xəbərdarlıq nişanı yoxdur-FOTO/VİDEO

Sumqayıtda MİDA-nın 10 illik fəaliyyəti: minlərlə ailə güzəştli mənzillə təmin olunub

Sumqayıtdan Qubaya getdi, dörd dəfə boşanan kişi ilə qaçan bacısını öldürmək istəd

SON DƏQİQƏ: Sumqayıtda 4 avtomobil və avtobus toqquşdu-FOTO

Ehtiram Hüseynovun Xankəndidə konserti keçirildi – FOTO/VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1040
Bu gün, 01:23
Dünən, 21:10
Dünən, 20:29
Dünən, 19:28
Dünən, 18:35
Dünən, 12:59
Dünən, 12:56
Dünən, 09:55
Dünən, 09:51
Dünən, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
13-04-2026, 13:06
13-04-2026, 11:35
13-04-2026, 10:34
12-04-2026, 22:25
12-04-2026, 16:47
11-04-2026, 19:34
11-04-2026, 15:18
11-04-2026, 13:02
10-04-2026, 18:36
10-04-2026, 18:34
10-04-2026, 18:19
10-04-2026, 17:48
10-04-2026, 15:37
10-04-2026, 15:31
10-04-2026, 15:25
10-04-2026, 15:19
10-04-2026, 15:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1040