"Azərbaycanın iki hədəfi var, Zəngəzur dəhlizi və...” - Mxitaryan


“Uzun müddətdir ki, Qarabağ məsələsi Ermənistan hakimiyyətinin gündəmində deyil”.
Sumqayit.tv xəbər verir ki, bunu erməni politoloq Hermina Mxitaryan deyib.
Ekspert Azərbaycanın əsas hədəfinin Zəngəzur dəhlizinin açılması və Ermənistandakı anklavlarının qaytarılması olduğunu söyləyib:
Mxitaryanın sözlərinə görə, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə bağlı çoxlu suallar var: “Burada dəhlizin (Zəngəzur) açılmasından və anklav problemindən danışmaq olar”.
Politoloq Ermənistan hakimiyyətinin Azərbaycana qarşı beynəlxalq ictimaiyyətdən dəstək ala bilmədiyini də söyləyib:
“Beynəlxalq ictimaiyyətdən nə gözləmək olar? Bir daha əmin olduq ki, beynəlxalq ictimaiyyət heç bir şəkildə Azərbaycana təsir edə bilmir. Ümumiyyətlə, hər hansı bir dövlətin və ya beynəlxalq təşkilatın Ermənistanı müdafiə etməsini gözləmək bir qədər sadəlövhlükdür”.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti artıq Qarabağ məsələsinə başqa prizmadan, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsindən baxır:

“Ermənistan hakimiyyəti nəzəri cəhətdən Qarabağı (dağlıq hissəsini) tam təhvil verib. Artıq Qarabağ ermənilərinin onun gündəmində olmadığı faktdır. Tam deyə bilərik ki, Ermənistan hakimiyyəti Qarabağdan əlini çəkib. Bu, uzun müddətdir aşkar formada yürüdülən siyasətdir. Bu gün Ermənistan hökuməti yalnız Qarabağ ermənilərinin hüquqlarından danışır. Yəni məsələyə insan haqları müstəvisində baxırlar. Qarabağ məsələsi uzun müddətdir ki, bu hakimiyyətin gündəmində deyil.
44 günlük müharibədən əvvəl də insan hüquqlarının qorunmasından danışırdılar. Qarabağın “siyasi status”u və “tanınması” məsələləri arxa plana keçdi. Müharibədən sonra bu məsələlər Ermənistan hakimiyyəti üçün prioritet olmaqdan çıxdı. BMT Təhlükəsizlik Şurasının iclası bu məsələlərin gündəmə gətirilməsi üçün ən yaxşı platformalardan biri idi. Amma Ermənistan nümayəndəsi çıxışında bir kəlmə də bu haqda danışmadı. Başqa sözlə, Ermənistan rəhbərliyi bu məsələlərə artıq başqa prizmadan baxır və bunları insan hüquqlarının təmin edilməsi sahəsinə aparır”.
Mxitaryan Ermənistan hakimiyyətinin ölkədəki anti-Rusiya əhval-ruhiyyəsini dərinləşdirdiyini da söyləyib:
“Bu, əvvəllər qəbul edilmiş xarici siyasi oriyentasiyaların dəyişdirilməsi siyasətinin davamıdır. 2018-ci ildən bunun embrionlarını görmüşük. Müharibə və ondan sonrakı gəlişmələr cəmiyyətdə anti-Rusiya əhval-ruhiyyəsi aşılamaq baxımından hakimiyyətlər üçün yeni imkanlar yaratdı. Hakimiyyət anti-Rusiya əhval-ruhiyyəsini dərinləşdirmək siyasətini davam etdirir. Digər tərəfdən, bu gün cəmiyyətimiz Rusiya sülhməramlılarının rolu ilə bağlı ifrata varıb”.
Teleqraf.com


11-01-2023, 10:20 136

Digər xəbərlər

Azərbaycan-Türkiyə birliyi və qardaşlığı əbədi və sarsılmaz olsun!

Sumqayıtda güzəştli mənzillərin satışı başlayır

Sumqayıtda zibildaşıyan maşın yanıb — FOTO

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Respublika Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyev: “Zəngilan regionun strateji nəqliyyat mərkəzinə çevriləcək”

Ölən 10 yaşlı uşağı mal peyini ilə diriltmək istədilər - DƏHŞƏT

44 rəsmdə 44 qəhrəmanlıq hekayəsi – Sumqayıtda “Zəfərin rəngi” sərgisi keçirilib FOTO

Prezident İlham Əliyev Cəbrayılda “Şəms” və “Üfüq” Günəş Elektrik Stansiyalarının təməlini qoydu

Sumqayıtda oktyabr ayı üzrə bütün sosial ödənişlər tam şəkildə həyata keçirilib

Sumqayıtda Birinci Qarabağ müharibəsinin itkin şəhidi Lətif Şahhüseynov dəfn edilib - FOTO

Sumqayıt şəhərini Saray körpüsü ilə birləşdirən yolla bağlı son vəziyyət -FOTO-VİDEO

Etibar Məmmədovdan Arif Hacılıya: “Cəfəng adamlara cavab vermirəm” - QALMAQAL

Sumqayıtın deputatı: Vətən müharibəsində qazanılan Zəfər hər birimizin həyatında xüsusi yer tutur

Regionda ilk: Meyitdən orqan nəqli – Uğurlu təcrübədən gələcəyə doğru

"Sumqayıt"ın Yankoviçi "Qarabağ"dakı adaşından DANIŞDI

Sumqayıtda bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb

Bakı-Sumqayıt yolunda sıxlıq – səhər saatlarında tıxac yaranıb

Coratda baş verən dəhşətli qətliamdan iki il keçir

Sumqayıtda 21 yaşlı qız binadan yıxılaraq dünyasını dəyişib - Fotosu

“Bəzi peşələr yoxa çıxacaq” - “ChatGPT”nin yaradıcısı

1 2 3 4 5 6 7 8 9 10 ... 976
Bu gün, 11:50
Bu gün, 08:35
Bu gün, 08:13
Dünən, 22:47
Dünən, 22:23
Dünən, 19:52
Dünən, 18:11
Dünən, 17:35
Dünən, 17:25
Dünən, 14:59
Dünən, 14:56
Dünən, 12:12
Dünən, 11:41
Dünən, 11:25
Dünən, 11:20
Dünən, 11:00
Dünən, 09:39
Dünən, 08:12
27-10-2025, 23:06
27-10-2025, 22:14
27-10-2025, 19:59
27-10-2025, 19:53
27-10-2025, 18:43
27-10-2025, 18:34
27-10-2025, 18:07
27-10-2025, 17:21
27-10-2025, 14:17
27-10-2025, 14:00
27-10-2025, 12:25
27-10-2025, 12:11
27-10-2025, 12:09
27-10-2025, 12:04
27-10-2025, 11:52
27-10-2025, 11:38
27-10-2025, 11:30
26-10-2025, 22:02
26-10-2025, 21:44
26-10-2025, 20:30
26-10-2025, 16:29
26-10-2025, 16:22
1 2 3 4 5 6 7 8 9 10 ... 976