“Azərbaycan onlardan uzaqlaşmağa çalışır, çünki...” - Qriqoryan

 
Vaşinqton və Brüsselin himayəsi altında Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə həlli prosesi getdikcə ləngimə əlamətlərini göstərməyə başlayır.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı yerli politoloqlar müxtəlif versiyalar irəli sürürlər.
Erməni mediasında yayılan məlumata görə, Azərbaycan Qranada görüşündə iştirakdan imtina etdikdən sonra Brüssel danışıqlarına da gəlməyə bilər.
Erməni politoloq David Arutyunov bu məsələyə bir qədər fərqli yanaşır. Onun sözlərinə görə, Bakının Qranada danışıqlarında iştirakdan imtina etməsi danışıqlar taktikasında uzunmüddətli dəyişikliyi əks etdirə bilməz.
“Bakı üçün Fransanın danışıqlar prosesindən çıxarılması və ya Türkiyənin formata inteqrasiyası ən arzuolunan variantdır. Azərbaycanın Qərb platformasına davamlı marağının göstəricisi Bakının Brüsseldə keçiriləcək üçtərəfli danışıqlarda iştirakının təsdiqidir”, - deyə Arutyunov bildirib.
Oxşar fikri digər erməni politoloq Beniamin Poqosyan da bölüşür. Onun fikrincə, Ermənistanı hər yerdə dəstəkləyən Fransanın vasitəçiliyi Bakı üçün qəbuledilməzdir. Əvəzində Azərbaycan ona tam dəstək verən Türkiyənin iştirakında israr edir.
Poqosyana görə, Bakı Fransanın iştirak etdiyi və Türkiyənin olmadığı hər hansı danışıqlardan imtina edir.
Erməni ekspert Rusiya XİN rəhbərinin vasitəçiliyi ilə Bişkekdə danışıqlardan imtina edən rəsmi İrəvanın mövqeyinin “ən azı qəribə” olduğunu bildirir.
“Erməni tərəfinin bu cür mövqeyi özünə zərər verə bilər”, - deyə o vurğulayıb.
Digər politoloq Tiqran Qriqoryana görə, Bakının Qərbin danışıqlar platformalarından uzaqlaşmasının bir səbəbi var. Çünki orada Azərbaycan tərəfi artıq istədiyi hər şeyə, yəni onun Qarabağ üzərində suverenliyinin tanınmasına nail olub.
“Qərb platformalarından maksimum nəticə alan Azərbaycan indi onlardan uzaqlaşmağa çalışır. Bu, İrəvanın qəbul etdiyi yanaşmalardan köklü şəkildə fərqli olan praqmatik yanaşmadır”, - deyə Qriqoryan söyləyib.
“Moskva və Qərb formatları arasında əsas fərq ondan ibarətdir ki, burada gömrük və sərhəd nəzarətinin Rusiya tərəfindən həyata keçirilməsindən söhbət gedir. Bu mövqe həm Moskva, həm də Bakı tərəfindən (Qriqoryanın iddiasına görə - red.) dəstəklənir, lakin İrəvan bu məsələ ilə bağlı mövqeyini dəyişib və sərtləşdirib”, - deyə o qeyd edib.

23-10-2023, 17:00 121

Digər xəbərlər

Sumqayıtda güzəştli mənzillərin satışı başlayır

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Respublika Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyev: “Zəngilan regionun strateji nəqliyyat mərkəzinə çevriləcək”

Ölən 10 yaşlı uşağı mal peyini ilə diriltmək istədilər - DƏHŞƏT

44 rəsmdə 44 qəhrəmanlıq hekayəsi – Sumqayıtda “Zəfərin rəngi” sərgisi keçirilib FOTO

Prezident İlham Əliyev Cəbrayılda “Şəms” və “Üfüq” Günəş Elektrik Stansiyalarının təməlini qoydu

Sumqayıtda oktyabr ayı üzrə bütün sosial ödənişlər tam şəkildə həyata keçirilib

Sumqayıtda Birinci Qarabağ müharibəsinin itkin şəhidi Lətif Şahhüseynov dəfn edilib - FOTO

Sumqayıt şəhərini Saray körpüsü ilə birləşdirən yolla bağlı son vəziyyət -FOTO-VİDEO

Etibar Məmmədovdan Arif Hacılıya: “Cəfəng adamlara cavab vermirəm” - QALMAQAL

Sumqayıtın deputatı: Vətən müharibəsində qazanılan Zəfər hər birimizin həyatında xüsusi yer tutur

Regionda ilk: Meyitdən orqan nəqli – Uğurlu təcrübədən gələcəyə doğru

"Sumqayıt"ın Yankoviçi "Qarabağ"dakı adaşından DANIŞDI

Sumqayıtda bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb

Bakı-Sumqayıt yolunda sıxlıq – səhər saatlarında tıxac yaranıb

Coratda baş verən dəhşətli qətliamdan iki il keçir

Sumqayıtda 21 yaşlı qız binadan yıxılaraq dünyasını dəyişib - Fotosu

“Bəzi peşələr yoxa çıxacaq” - “ChatGPT”nin yaradıcısı

Kamerun dünyanın ən yaşlı prezidentini seçdi

Sinaqoqa qarşı terror aktı həyata keçirməyə cəhddə təqsirləndirilən şəxsə hök

1 2 3 4 5 6 7 8 9 10 ... 976
Bu gün, 08:35
Dünən, 22:47
Dünən, 22:23
Dünən, 19:52
Dünən, 18:11
Dünən, 17:35
Dünən, 17:25
Dünən, 14:59
Dünən, 14:56
Dünən, 12:12
Dünən, 11:41
Dünən, 11:25
Dünən, 11:20
Dünən, 11:00
Dünən, 09:39
Dünən, 08:12
27-10-2025, 23:06
27-10-2025, 22:14
27-10-2025, 19:59
27-10-2025, 19:53
27-10-2025, 18:43
27-10-2025, 18:34
27-10-2025, 18:07
27-10-2025, 17:21
27-10-2025, 14:17
27-10-2025, 14:00
27-10-2025, 12:25
27-10-2025, 12:11
27-10-2025, 12:09
27-10-2025, 12:04
27-10-2025, 11:52
27-10-2025, 11:38
27-10-2025, 11:30
26-10-2025, 22:02
26-10-2025, 21:44
26-10-2025, 20:30
26-10-2025, 16:29
26-10-2025, 16:22
26-10-2025, 16:17
26-10-2025, 16:15
1 2 3 4 5 6 7 8 9 10 ... 976