İrəvan Tehranla birgə Rusiyanı bu cür satır


Ermənistan köhnə müttəfiqi olan Rusiyadan imtina etdi. İrəvan Avropa Birliyinin ölkəsində mülki müşahidə missiyasını həyata keçirməsi üçün  yaşıl işıq yandırdı. AB də öz növbəsində Ermənistana göndərəcəy heyəti dərhal təsədiqlədi.
Belə sürətli qərarların qəbulu ondan xəbər verir ki, “köhnə qitə” Ermənstan ərazilərinə daxil olmaq üçün illərlə “qapı ağzında” gözləyirmiş. Missiya, Ermənistanın Azərbaycanla olan sərhədlərində monitorinq aparmaq üçün daxil olsa da, əsl məqsəd İravanda zəifləməkdə, Qarabağda isə dayaqlarını gücləndirmək istəyində olan Rusiyanın ayağından güllə sıxmaq olacaq. 
Təbii ki, Türkiyə və Azərbaycandan da kəşfiyyat məlumatları toplanılacaq.  Eyni zamanda Ermənistana gələcək 200 nəfərdən ibarət “mülki” heyətin daxilidə Qərbin xüsusi xidmət orqanlarına bağlı xəfiyyələrin olduğunu nəzərə alsaq, o zaman ermənilərin az qala qardaşı hesab olunacaq, Rusiyanın isə bölgədə və dünyada əsas müttəfiqlərindən sayılan İrana qarşı da müəyyən işlərin aparılacağı dəqiqdir.
İrəvan-Brüssel tandeminin əsl niyyətindən bölgə dövlətləri, o cümlədən Ermənistanla illər uzunu müttəfiqlik edən Rusiya və İraı xəbərdar olsa da, Moskvadan fərqli olaraq, Tehranın səsi çıxarmır.
Səbəb aydındır: nəzərə alsaq ki, Qərb dövlətləri arasında Ermənistanı cidd-cəhdlə hər zaman müdafiə edən ölkə Fransadır, o zaman kələfin ucu görünür. Məlum olduğu kimi, İranın mövcud rejiminin banisi Xomeyni  Fransada sürgün həyatı yaşayıb və oradan da inqilab lideri kimi avropalıların təyyarəsi ilə Tehrana gətirilib. Bu isə o deməkdir ki, mayası Qərbdə yoğurulan bir rejimin öz ağalarına etiraz etmək niyyətləri və cəsarətləri ola bilməz.
Hadisələrə bu pəncərədən baxdıqda Rusiyanın ortada tək qaldığını söyləmək mümkündür. Yəni həm Ermənistanın, həm də İranın avropalılarla eyni havanı oynadığı və Rusiyanı Qərbə satdıqları faktdır.
Avropa Birliyinin yaramasının “ideya babası” kimi tanınan fransız əsilli maliyyəçi Jean Monnet bildirirdi ki, Avropa Birliyi bir dövlət koalisiyası deyil, insanları birləşdirən layihədir. Bu gün isə Avropa Birliyinin aparıcı dövlətlərinin, əsasən də Monnetin ölkəsinin yürütdüyü siyasətə nəzər yetirəndə görünür ki, AB heç də bütünləşmək funksiyasını yerinə yetirmir. Fransa kimi dövlətlər dünya sülhünü təhdid etməklə məşğuldur. Missiyanın Ermənistana gəlməsi Qarabağda süh yaratmaqdan çox Qafqazda vəziyyətin gərginləşməsinə xidmət edir. Avropa zamanında Ukrayna üçün də canfəşanlıq edirdi. Diplomatik trafikin ardı-arası kəsilmirdi - eynən indi İrəvan-Brüssel trafiki kimi.
İndi Ukrayna qan gölündə boğulur. Və bu dağıdıcı savaşın nə zaman bitəcəyi bəlli deyil.
Bu gün isə Qərb Ermənistana ayaq açıb, Qafqazda gərgnlik yaratmaq istəyir. Əlbəttə, Rusiyanın uzun illər quberniyası kimi baxdığı Ermənistanın Qərbin qoltuğu altına sığınmasına xoşluqla izn verməyəcəyi  dəqiqdir. Belə olan təqdirdə Ermənistan Qərblə Rusiyanın qarşı-qarşıya gələcəyi növbəti qanlı meydana çevriləcək. Ki, bu da Qarabağ müharibəsinin həlqəsini daha geniş miqyasa, bütün Qafqaza yaya bilər.
Bu başqa mövzudur ki, Ukrayna bataqlığında can çəkişən Rusiya Ermənistanı əlində saxlaya biləcək, ya yox?!
Fakt odur ki, Ukrayna meydanlarında bütün dünyanın Rusiyaya qarşı birləşdiyi təqdirdə ən azı Moskvanın yanında Tehran var idi. Ermənistanda isə vəziyyət fərqlidir. Güman ki, Rusiyaya görə İran nə Avropa ilə, nə də Ermənistanla münasibətlərini gərginləşdirməkdə maraqlı olmayacaq. Əgər belə olmasaydı, Ermənistanın ərazi bütövlüyünü “qırmızı xətti” adlandıran rəsmi Tehran AB-nin missionerlərinin Ermənistana ayaq açmasına səsini çıxarar və Rusiyaya dəstək vermiş olardı.
Yenipress.az

29-01-2023, 10:01 108

Digər xəbərlər

Messidən tarixi rekord: Dünya çempionatının qrup mərhələsini 6 qolla başa vurdu

SEPAH-dan ABŞ-a yeni cavab: Küveyt və Bəhreyndəki bazalar vurulub

DÇ-2026: Pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin anadan olmasının 189 illiyi tamam olur

Messinin komandası vəsiqəni təmin etdi, Ronaldonun taleyi bu gecə həll olunacaq

Rusiyadan Ermənistana buğda Azərbaycandan tranzit daşınacaq

Sumqayıtda sakinlərin nəqliyyat problemi: "21 ildir marşrut görməmişik"-VİDEO

Trampdan gözlənilməz addım: Putinlə əldə olunan razılaşmalar ləğv oluna bilər

Keffel Resende: "Sumqayıt"a tez uyğunlaşdım və komandama fayda verdim"

Necə oldu ki, “Gənclər şəhəri” Sumqayıt ölkənin "ən qoca şəhəri"nə çevrildi? (PARADOKS)

Türkiyəli deputat: “AŞPA-da hər zaman Azərbaycanın yanındayıq” — Özəl açıqlama-VİDEO

Sənədsiz evlərə amnistiya verilə bilər? – Deputatın təklifi ekspertlər arasında müzakirə yaradıb

"Heç kəs Azərbaycanla ultimatum dili ilə danışa bilməz" – Səbinə Salmanova

Sumqayıtda Silahlı Qüvvələr Günü münasibətilə “Zəfər tarixi yazmış şanlı ordumuz” tədbiri keçirilib-FOTO

Sumqayıtda Çerkassi küçəsində antisanitar vəziyyət: Sakinlər şikayət edir – VİDEO/FOTO

Sumqayıtda Hidayət Orucovun əziz xatirəsi ehtiramla yad edilib -VİDEO/FOTO

Sumqayıt bulvarında Silahlı Qüvvələr Günü münasibətilə möhtəşəm hərbi yürüş keçirilib – FOTO

İzmirdə Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş anım proqramı keçirilib-FOTOLAR

26 İyun – Gücün, Qürurun və Qələbənin simvolu

Təlimçi kimi yetişdirdi, imtahanda birlikdə uğur qazandı: Murad müəllimin nümunəvi nəticəsi

1 2 3 4 5 6 7 8 9 10 ... 1068
Bu gün, 11:11
Bu gün, 10:14
Bu gün, 09:50
Bu gün, 09:44
Dünən, 23:41
Dünən, 23:36
Dünən, 23:28
Dünən, 23:27
Dünən, 20:24
Dünən, 16:08
26-06-2026, 22:22
26-06-2026, 19:35
26-06-2026, 15:32
26-06-2026, 14:18
26-06-2026, 13:55
26-06-2026, 12:27
26-06-2026, 12:05
26-06-2026, 09:58
26-06-2026, 09:53
25-06-2026, 19:38
25-06-2026, 16:55
25-06-2026, 14:05
25-06-2026, 10:27
25-06-2026, 08:43
24-06-2026, 21:33
24-06-2026, 17:00
24-06-2026, 16:51
24-06-2026, 16:46
24-06-2026, 12:44
24-06-2026, 11:37
24-06-2026, 09:26
24-06-2026, 08:27
23-06-2026, 20:57
23-06-2026, 20:42
23-06-2026, 20:28
23-06-2026, 15:45
23-06-2026, 15:23
23-06-2026, 15:21
23-06-2026, 13:08
23-06-2026, 10:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1068