Sumqayıtda aprel ayında temperatur 21 gün normadan yüksək olub

 
2026-cı ilin aprel ayında Sumqayıt və Abşeron yarımadasında hava şəraiti iqlim normasından fərqli keçib.

Sumqayit.tv-in məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, ay ərzində temperatur 21 gün normadan yuxarı olub. Maksimal temperatur aprelin 3-də məhz Sumqayıtda qeydə alınıb və 25°C isti təşkil edib.

Qeyd olunub ki, ay ərzində 6 gün temperatur normadan aşağı, 3 gün isə norma daxilində olub. Orta aylıq temperatur 13°C təşkil edib ki, bu da iqlim normasından 1°C yüksəkdir.

Eyni zamanda, aprel ayı ərzində hava şəraiti dəyişkən keçib, bəzi günlərdə leysan xarakterli yağıntılar müşahidə olunub. Bakı və Abşeron yarımadasında 19 gün küləkli hava qeydə alınıb, küləyin maksimal sürəti 28 m/s-dək güclənib.

Bundan başqa, ay ərzində dolu hadisələri də müşahidə olunub və ərazinin bəzi hissələrində qısamüddətli təsirlər qeydə alınıb.


4-05-2026, 14:23 252
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
1 2 3 4 5 6 7 8 9 10 ... 1102