Sergey Strokan: “Ermənistan-Azərbaycan nizamlanması perspektivi bəzilərinin xoşuna gəlməyib” - ŞƏRH



Cari il həyəcanlı notla başa çatır. Təbii ki, bu, hamının gözlədiyi nəticə deyil. Ümid var idi ki, ilin sonuna qədər Bakı ilə İrəvan böyük sülh müqaviləsi imzalayacaqlar”.
Sumqayit.tv
xəbəbər verir ki, bu barədə Rusiyanın tanınmış siyasi müşahidəçisi Sergey Strokan Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra ikinci “danışıq ili”nin yekunlarını Oxu.Az-a şərh edərkən deyib.
Onun sözlərinə görə, bu məsələdə nəyin düz getmədiyini hər kəs özünəməxsus şəkildə cavab verə bilər.
“Ancaq görünür, əyləc mexanizmləri təcili işləməyə başlayıb, Ermənistan-Azərbaycan nizamlanması perspektivi kimlərinsə çox da xoşuna gəlməyib. Qarabağın hansısa xüsusi statusu ilə bağlı söhbətlər yenidən gündəmə gəlib, Azərbaycana qarşı qınaqlar yağır. Amma “Qarabağın statusu” ilə bağlı bütün məsələlər bir sual üzərində dayanır: Bu nə deməkdir? Müstəqil mikrodövlət? Bəs bunu kim tanıyıb, kim saxlayacaq? Bu barədə danışan insanlar sadəcə olaraq belə suallara cavab verə bilmirlər. Aydındır ki, bu, vəziyyəti silkələmək və bütün razılaşmaları pozmaq üçün bir növ “qarmaq”dır. Onların alternativ strategiyaları yoxdur”, - deyə politoloq izah etdi.
Ekspertin fikrincə, ilin mənfi yüklü əsas nəticəsi iki il əvvəl üç dövlətin - Azərbaycan, Rusiya və Ermənistan liderlərinin əldə etdikləri razılaşmaların aşınması olub.
“Dünən Nikol Paşinyan Rusiyanı da ittiham etdi ki, rusiyalı sülhməramlılar Laçın yolunun açılması üçün heç bir tədbir görmür. Bu o deməkdir ki, “üçlük” “ikiliyə” çevrilir, çünki Moskva-Bakı əlaqəsi nəzərəçarpacaq dərəcədə güclü görünür. Ancaq təbii ki, Azərbaycanın sülhməramlı kontingentlə bağlı bəzi sualları ola bilər”, - deyə o vurğulayıb.
Politoloqun sözlərinə görə, bu il sülh sazişinin bağlana bilməməsinin səbəblərindən danışanda daha bir amil nəzərə alınmalıdır; Cənubi Qafqazda nizamlanma Rusiyanın xüsusi əməliyyatı (Ukraynadakı müharibə - red.) ilə bağlı sərsəm geosiyasi fonla üst-üstə düşdü (bu da Rusiya ilə Qərb arasında qarşılıqlı əlaqənin iflic olmasına gətirib çıxardı).
“Belə bir şəraitdə ATƏT və Avropa İttifaqı ilə oynaqlaşmaq (Ermənistan tərəfindən - red.), Qərb qüvvələrini regiona dəvət etmək cəhdi əlavə neqativ fon yaradır. Bu, həm Rusiya üçün çağırışdır, həm də heç bir xarici qüvvələrin cəlbini nəzərdə tutmayan 2020-ci ilin noyabrında əldə edilmiş razılaşmaları şübhə altına almaq istəyidir. İndi üçtərəfli razılaşmaların acı bağırsaq kimi uzanan gecikmiş təftişi aparılır, amma bunu edən nə Moskva, nə də Bakıdır”, - deyə Strokan sözlərini yekunlaşdırdı.

23-12-2022, 14:11 144

Digər xəbərlər

Zakir Fərəcov Almaniyada mühüm görüşlər keçirdi: Sumqayıt üçün yeni əməkdaşlıq imkanları

Yumurta rekord həddə ucuzlaşır: Səbəblər açıqlandı

Hakim olmaq istəyənlərə şad xəbər: Yeni təyinatlar davam edir

 Sabah Sumqayıtda hava necə olacaq?

Messidən tarixi rekord: Dünya çempionatının qrup mərhələsini 6 qolla başa vurdu

SEPAH-dan ABŞ-a yeni cavab: Küveyt və Bəhreyndəki bazalar vurulub

DÇ-2026: Pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin anadan olmasının 189 illiyi tamam olur

Messinin komandası vəsiqəni təmin etdi, Ronaldonun taleyi bu gecə həll olunacaq

Rusiyadan Ermənistana buğda Azərbaycandan tranzit daşınacaq

Sumqayıtda sakinlərin nəqliyyat problemi: "21 ildir marşrut görməmişik"-VİDEO

Trampdan gözlənilməz addım: Putinlə əldə olunan razılaşmalar ləğv oluna bilər

Keffel Resende: "Sumqayıt"a tez uyğunlaşdım və komandama fayda verdim"

Necə oldu ki, “Gənclər şəhəri” Sumqayıt ölkənin "ən qoca şəhəri"nə çevrildi? (PARADOKS)

Türkiyəli deputat: “AŞPA-da hər zaman Azərbaycanın yanındayıq” — Özəl açıqlama-VİDEO

Sənədsiz evlərə amnistiya verilə bilər? – Deputatın təklifi ekspertlər arasında müzakirə yaradıb

"Heç kəs Azərbaycanla ultimatum dili ilə danışa bilməz" – Səbinə Salmanova

Sumqayıtda Silahlı Qüvvələr Günü münasibətilə “Zəfər tarixi yazmış şanlı ordumuz” tədbiri keçirilib-FOTO

Sumqayıtda Çerkassi küçəsində antisanitar vəziyyət: Sakinlər şikayət edir – VİDEO/FOTO

Sumqayıtda Hidayət Orucovun əziz xatirəsi ehtiramla yad edilib -VİDEO/FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1068
Bu gün, 16:36
Bu gün, 16:12
Bu gün, 15:08
Bu gün, 15:00
Bu gün, 11:11
Bu gün, 10:14
Bu gün, 09:50
Bu gün, 09:44
Dünən, 23:41
Dünən, 23:36
Dünən, 23:28
Dünən, 23:27
Dünən, 20:24
Dünən, 16:08
26-06-2026, 22:22
26-06-2026, 19:35
26-06-2026, 15:32
26-06-2026, 14:18
26-06-2026, 13:55
26-06-2026, 12:27
26-06-2026, 12:05
26-06-2026, 09:58
26-06-2026, 09:53
25-06-2026, 19:38
25-06-2026, 16:55
25-06-2026, 14:05
25-06-2026, 10:27
25-06-2026, 08:43
24-06-2026, 21:33
24-06-2026, 17:00
24-06-2026, 16:51
24-06-2026, 16:46
24-06-2026, 12:44
24-06-2026, 11:37
24-06-2026, 09:26
24-06-2026, 08:27
23-06-2026, 20:57
23-06-2026, 20:42
23-06-2026, 20:28
23-06-2026, 15:45
1 2 3 4 5 6 7 8 9 10 ... 1068