Duqin qövsü –postsovet məkanında problemləri kimin yaratdığı etiraf edilir


Rusiyalı propaqandaçı politoloq Aleksandr Qelyeviç Duqinin son məqaləsi səmimiyyəti ilə heyrət doğurur.
Əslində burada “səmimiyyət” sözü dırnaqda olmalıydı, çünki bu, xoşməramlı səmimiyyət deyil, daha çox beyindəki mürtəce fikirlərin qırmızılıqla dilə gətirilməsidir.
Öncə Duqini tanımayanlara qısa bir arayış verək. Onun 61 yaşı var. General-leytenant rütbəsi daşıyan kəşfiyyatçının ailəsində böyüyüb, ondakı “rus patriotluğu” ordandır. Duqin son illərdə özünü, bir zamanlar yazıçı Aleksandr Soljenitsının üstləndiyi “rus fikrinin atası”, baş ideoloq kimi aparır və hiss olunur ki, onun fikrirlərinə Kremldə böyük hörmət qoyur, diqqət verirlər.
Bir sözlə, Duqin dünyaya “avrasiyaçı” kimi təqdim olunsa da, onun ideoloji xətti “velikorus şovinizmi”nə əsaslanır və Avrasiyada hökmran qüvvənin Rusiya olmalı olduğunu təlqin edir.
Duqinə görə, Rusiyanın ətrafındakı bütün kiçik dövlətlər və xalqlar qeyd-şərtsiz olaraq ona itaət göstərməlidirlər, onun iradəsindən kənara çıxmamalıdırlar, ən pis halda Rusiyanı təhdid edə biləcək xarici düşmənlərlə onun arasında bufer olmalıdırlar.
Elə son məqaləsində (“Rusiyanın postsovet məkanında səhvləri və onları düzəltmə yolları”) də Duqin postsovet məkanında Rusiyanın sözündən çıxan ölkələrin başına hansı oyunlar gəldiyini xatırladıb və yazıb ki, bu dövlətlərin ərazi bütövlüyünə yalnız Rusiya təminat verə bilər.
Duqin ilk sırada Azərbaycanın adını çəkib, yazıb ki, postsovet məkanında ölkələrin ərazi bütövlüyünün pozulması halları baş verəndə “Azərbaycanda AXC-nin rusofob qlobalist hökuməti var idi”. Onun sözündən belə aydın olur ki, Elçibəy hakimiyyəti itaətkar olsaydı, Rusiya ilə düz dolansaydı, ərazi bütövlüyü pozulmazdı.
Burada Duqin məsələni bir qədər qarışdırır. Çünki Qarabağ problemini heç AXC yaratmamışdı, əksinə, Qarabağ problemi AXC-ni yaratmışdı. Elçibəy hakimiyyətə gələndə bu problemin, Qarabağdakı erməni separatizminin artıq 4 yaşı vardı və DQMV adlanan muxtar qurum tam şəkildə ermənilərin nəzarətindəydi, Şuşa və Laçın isə yenicə işğal olunmuşdu. Ancaq gerçək fakt budur ki, Şuşa və Laçının işğalı sırf Kremlin Azərbaycanda AXC-nin hakimiyyətə gəlişinin qarşısını almaq, Kəlbəcərin işğalı isə Elçibəyin hakimiyyətdən gedişini təmin etmək üçün nəzərdə tutulmuşdu.
Rus ideoloqun Cənubi Osetiya və Abxaziya separatizminə dair yazdıqlarına geniş toxunmadan qeyd edək ki, bu mövzuda da o, “qırmızılığı”nı davam etdirir və yazır: “Cənubi Osetiya və Abxaziya Saakaşvilinin Soros və qlobalist qüvvələrin (xüsusən də Henri-Bernard Levi) təkid etdiyi təcavüz aktına cavab olaraq Gürcüstandan qoparılıb”.
Sonra o, bir daha Ermənistan və Azərbaycan münaqişəsinə qayıdır və münaqişənin həllini belə bir bəsit düsturla izah edir: “Paşinyanın rəhbərliyi altında Ermənistan Rusiyaya meydan oxudu, Bakı isə əksinə, məharətlə və dostcasına hərəkət etdi - nəticədə Dağlıq Qarabağ ermənilərin əlindən çıxaraq azərbaycanlıların oldu”. (Ruscada belə ifadə olunub: “Армения при Пашиняне бросила России вызов, а Баку, напротив, действовал умело и дружественно – в итоге Нагорный Карабах стал из армянского азербайджанским”.).
Burada beynəlxalq sənədlərə istinad edərək Duqinlə mübahisə etmək, Qarabağın həm dağlıq, həm düzən hissəsinin həmişə Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu demək olar. Ancaq Duqin məsələyə yuruduk baxımdan yanaşmır, daha çox faktiki baxımdan yanaşır və 1988-ci ildən ta 2023-cü ilə qədər Qarabağın dağlıq hissəsinin tam olaraq ermənilərin əlində olduğunu, indi isə həmin bölgənin Azərbaycan dövlətinin nəzarətinə keçdiyinə vurğu edir.
Bu yerdə o, Ermənistanın nəyə görə bu günə qaldığına yenə bəsit şəkildə izah verir: “Ermənistana rəhbərlik edən, hələ də Rusiya ilə müttəfiq olan Paşinyan tamamilə Qərbin nəzarəti altındadır. O, Qarabağı təslim etdi və erməniləri qorumaq üçün barmaqlarını belə tərpətmədi. O, ölkəni məhvə sürüklədi və Qərb açıq şəkildə buna hazır idi və buna hər cür töhfə verdi”.
Bu fikirlər onu göstərir ki, əgər Paşinyan və komandası ağıllı olsaydı, Qərblə bu qədər yaxınlaşmasaydı, Rusiyaya xəyanət etməsəydi, Rusiya Azərbaycanın öz əzəli ərazisi üzərində nəzarəti bərpa etməsinə imkan verməzdi, ən azı ermənilərin Qarabağdakı mövcudluğunu tam şəkildə qoruyardı.
Bunun özündə də şovinizm elementləri var. Bu. “dünya Rusiyanın ətrafında dönür” iddiasıdır. Bu dövlət son 100 ildə ilk dəfə ədalətli mövqe tutub, iki kiçik dövlətin arasındakı münaqişədə neytral olub, ədalətsizlik, tərəfkeşlik etməyib, amma onu da öz maraqları üçün edib.
Əslində 2020-ci ilin bu vaxtları Rusiyanın neytrallığından ağız dolusu danışmaq mümkün deyil. Çünki bu məsələdə neytral olan prezident Putin və komandasıydı, Rusiyanın hərbi-sənaye kompleksi, Rusiya mediası, təbliğat-propoqanda, maliyyə qrupları Ermənistanın tərəfində idilər. Rusiya telekanallarında hər gün üzərimizə axıdılan çirkab dolu iftiralar, solovyovların, simnyanların, bir çox başqalarının isterik hövllənmələri unudulubmu? Əsla.
Beləliklə, Duqinin dövlətçilik fəlsəfəsi Rusiyanın ətrafında bir təhlükəsizlik qövsü yaratmaqdan ibarətdir. Fəqət bu zaman o, kiçik dövlətlərin və xalqların öz aralarında bir-birini necə qırıb-çatmasını, bir-birinə hansı zərbələri vurmasını hesaba almır. Ona lazım olan odur ki, təki Rusiya salamat olsun, rus xalqı yüksək rifah içində yaşasın, yerdə qalanlar nə olar, olar.
Musavat.com

12-10-2023, 13:00 115

Digər xəbərlər

Səbinə Salmanovanın təşəbbüsü ilə Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunan təntənəli tədbir keçirilib FOTO

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Dünən, 20:06
Dünən, 17:12
11-07-2025, 16:35
11-07-2025, 16:24
11-07-2025, 15:58
11-07-2025, 14:22
11-07-2025, 12:29
11-07-2025, 12:03
11-07-2025, 11:54
11-07-2025, 11:52
11-07-2025, 11:49
11-07-2025, 11:40
11-07-2025, 01:06
11-07-2025, 00:47
11-07-2025, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
1 2 3 4 5 6 7 8 9 10 ... 964