Zakir Həsənov NATO nümayəndəsi ilə görüşüb


Oktyabrın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO Müttəfiq Qüvvələrinin Əməliyyat Komandanlığının Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turan ilə görüşüb.

Sumqayit.tv xəbər verir ki, Müdafiə naziri qonağı salamlayaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilən ərazilərdə görülən işlər, həmçinin Ermənistan-Azərbaycan dövlət sərhədində hazırkı vəziyyətlə bağlı ona ətraflı məlumat verib.
General-polkovnik Z.Həsənov NATO ilə əməkdaşlığın cari vəziyyətindən və bu sahədə əldə edilmiş müsbət nəticələrdən məmnunluğunu bildirərək qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Kontr-admiral B.Turan Azərbaycan Ordusunun hərbi qulluqçularının Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfəyə görə minnətdarlığını bildirib, mövcud hərbi əməkdaşlığın daha da genişləndirilməsinin tərəfdarı olduğunu vurğulayıb.
Görüşdə NATO ilə tərəfdaşlıq çərçivəsində keçirilən birgə tədbirlərə dair fikir mübadiləsi aparılıb.

12-10-2021, 15:09 182

Digər xəbərlər

Sumqayıtda həkim pasiyentə heyvandarlıqda istifadə olunan preparatı tətbiq edib? - İDDİA- VİDEO

Xızıda keçirilən vətəndaş qəbulunda Sumqayıt və ətraf rayon sakinlərinin energetika məsələləri müzakirə olundu.

Sumqayıt sakinlərini qışda nə gözləyir? – Rəsmi açıqlama

Sabah yağış yağacaq

Azərbaycanda fərdi sahibkarların sosial sığorta ödənişləri optimallaşdırılır — Sumqayıt sahibkarlarını da yaxından əhatə edəcək dəyişiklik

Bakı-Sumqayıt yolunda zəncirvari qəza olub, xəsarət alan var - VİDEO

Borc aldığı tanışının boğazını kəsib öldürdü - Xırdalanda 20 manata görə qətl törədildi

Füzuli poeziyasının musiqili təcəssümü – Alim və Fərqanə Qasımovdan unudulmaz tamaşa

Sarayda yaşayanlara şad xəbər

Sumqayıtda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Sumqayıtda “Abad məhəllə”lərin yaradılmasına start verilir

Sumqayıt Dəmiryol Vağzalına gedən sərnişinlərə ŞAD XƏBƏR

Sumqayıt Tibb Mərkəzi icbari tibbi sığorta çərçivəsində ən çox əməliyyat aparılan müəssisələr arasında yer alıb

Sumqayıtda 33 uşaq övladlığa verilib

Həbs edilən fermerin təsərrüfatını talayan çobanla bağlı Sumqayıtda yeni hökm çıxarıldı

Sumqayıtın Xəzər bağları massivində su təchizatı dayandırılıb

Sumqayıtda hansı obyekt adları qanunvericiliyin qaydalarını pozur? (ARAŞDIRMA)

Sumqayıtda 1,9 milyonluq təmir... "İS.M.M" MMC şirkət kimindir?

Sumqayıt–Yalama dəmir yolu layihəsi MDB iclasında əsas mövzulardan biri oldu

Sumqayıt Texnologiyalar Parkında rəhbərlik dəyişdi - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 991
Bu gün, 00:07
Dünən, 23:34
Dünən, 16:46
Dünən, 12:54
Dünən, 12:37
Dünən, 12:28
Dünən, 11:11
27-11-2025, 19:26
27-11-2025, 18:37
27-11-2025, 17:30
27-11-2025, 17:00
27-11-2025, 16:16
27-11-2025, 16:14
27-11-2025, 15:29
27-11-2025, 15:19
27-11-2025, 13:59
26-11-2025, 18:27
26-11-2025, 18:24
26-11-2025, 18:22
26-11-2025, 18:19
26-11-2025, 17:47
26-11-2025, 16:45
26-11-2025, 12:42
26-11-2025, 11:02
26-11-2025, 10:59
26-11-2025, 10:56
26-11-2025, 10:01
25-11-2025, 19:49
25-11-2025, 18:36
25-11-2025, 18:05
25-11-2025, 17:23
25-11-2025, 15:33
25-11-2025, 15:14
25-11-2025, 15:08
25-11-2025, 14:47
25-11-2025, 14:43
25-11-2025, 13:06
25-11-2025, 10:57
25-11-2025, 10:31
24-11-2025, 22:08
1 2 3 4 5 6 7 8 9 10 ... 991