Borc aldığı tanışının boğazını kəsib öldürdü - Xırdalanda 20 manata görə qətl törədildi

 Abşeron rayonunun Xırdalan şəhərində 35 yaşlı kişinin boğazını kəsərək qətlə yetirməkdə təqsirləndirilən İlkin Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sumqayit.tv Oxu.az-a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İ.Novruzov 17 il azadlıqdan məhrum edilib.

İttihama görə, İ.Novruzov Xırdalan şəhər sakini, 1990-cı il təvəllüdlü Heybət Mahir oğlu Quliyevi xüsusi amansızlıqla qətlə yetirib. O, H.Quliyevi 20 manat borca görə öldürüb.

Məlum olub ki, Xırdalan şəhərində mebel ustası işləyən H.Quliyev İlkin Novruzovla tanış olub. İlkin Vətən Müharibəsi iştirakçısı olub və müharibədən sonra evinə qayıtsa da, heç bir yerdə işləməyib. Onun 20 manata ehtiyacı yaranıb və həmin məbləği Heybətdən borc alıb, 20 günə qaytaracağını bildirib.

Hadisədən bir ay keçməsinə baxmayaraq, İlkin borcu qaytarmayıb. Heybət borcunu tələb etdikdə, İlkin müxtəlif bəhanələrlə bundan yayınmağa çalışıb. Sonda Heybət ona zəng edərək borcu tələb edib və aralarında mübahisə yaranıb. Bundan əsəbiləşən İlkin evdən bıçaq götürərək yaşadığı Masazır qəsəbəsindən Xırdalana gedib və Heybətlə görüşüb. Danışıq zamanı mübahisə daha da gərginləşib. İlkin özü ilə gətirdiyi bıçaqla Heybətin boğazını kəsərək onu qətlə yetirib və hadisə yerindən qaçıb.

Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində İ.Novruzov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.


28-11-2025, 11:11 35

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041