Sumqayıt sakinlərini qışda nə gözləyir? – Rəsmi açıqlama

  
Sumqayit.tv-nin sorğusuna cavab olaraq, Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev bildirib ki, qarşıdan gələn 2025–2026-cı illər payız-qış mövsümü ilə əlaqədar şəhərdə hazırlıq işləri genişmiqyasda davam etdirilir və proses şəhər rəhbərliyinin birbaşa nəzarətindədir.

Qocayev qeyd edib ki, bu məqsədlə geniş tərkibdə iclas keçirilib, iclasa Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sədrlik edib. İclasda payız-qış mövsümünə hazırlıq istiqamətində görülmüş işlər, hazırkı vəziyyət və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub.

Şəhər rəhbəri vurğulayıb ki, əhalinin fasiləsiz və dayanıqlı istilik enerjisi, təbii qaz, elektrik enerjisi və içməli su ilə təmin olunması əsas prioritetdir. Bu məqsədlə bütün kommunal strukturları əhatə edən tədbirlər planı tərtib olunub və mərhələli şəkildə icra edilir. Mövcud çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.

Son illərdə şəhərdə həyata keçirilən infrastruktur layihələri enerji, su və kommunikasiya xətlərinin yenilənməsi və yeni sistemlərin qurulması nəticəsində Sumqayıtın qışa hazırlığını xeyli gücləndirib. Keçən il bu sahədə yüksək nəticələr əldə olunub və vətəndaşlar fasiləsiz enerji daşıyıcıları ilə təmin olunub. Cari ildə hazırlıq tədbirləri bu təcrübə əsasında daha təkmilləşdirilmiş şəkildə həyata keçirilir.

Payız-qış mövsümünə hazırlıq çərçivəsində yaşayış binalarının, sosial obyektlərin, məktəb və bağçaların istilik sistemlərinə baxış keçirilib, zəruri təmir işləri aparılıb və köhnə avadanlıqlar yenilənib. “Azəriqaz”, “Azərişıq”, “Azərsu” və digər xidmət sahələri üzrə yerli bölmələr təmir-bərpa tədbirlərini plana uyğun davam etdirir. Hazırkı mərhələdə şəhərin elektrik, qaz və su təchizatı şəbəkələri üzrə yaranmış problemlərin böyük hissəsi aradan qaldırılıb.

Bundan əlavə, “Sumqayıt Təmizlik Departamenti” MMC-nin qışa hazırlığı qiymətləndirilib. Qarlı və şaxtalı hava şəraitində yolların təmizlənməsi və nəqliyyatın hərəkətinin təmin olunması üçün kifayət qədər texnika və işçi qüvvəsi artıq hazır vəziyyətə gətirilib. Qış aylarında yolların buzlaşmasının qarşısını almaq üçün qum və duz ehtiyatları da vaxtında tədarük olunub.

Qocayev vurğulayıb ki, şəhərdə hər hansı qarlı-şaxtalı hava şəraiti nəticəsində yol-nəqliyyat infrastrukturunda və digər sahələrdə problem yaranarsa, bütün müvafiq qurumlar dərhal operativ tədbirlər görəcək. Onun sözlərinə görə, İcra Hakimiyyəti, kommunal xidmətlər və fövqəladə hallar strukturlarının qarşılıqlı əməkdaşlığı tam təmin olunub.

Eyvaz Qocayev əlavə edib ki, nəticə etibarilə, Sumqayıt şəhərində 2025–2026-cı illər payız-qış mövsümünə hazırlıq işləri yüksək səviyyədə təşkil edilib və şəhərin kommunal və sosial infrastrukturu qışa tam hazır hesab edilə bilər.


28-11-2025, 16:46 539

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041