
Sumqayıtda əməliyyat olunan 38 yaşlı Nazim İsayevin səhhəti ilə bağlı ciddi narazılıq ortaya çıxıb.
Sumqayit.tv Xəzər TV-yə istinadən xəbər verir ki, xəstənin anası Güləndam İsayeva oğlunun papilloma – dəridəki xoşxassəli törəmə ilə əlaqədar əməliyyat olunduğunu, lakin prosedurdan sonra onda xərçəng xəstəliyinin yaranmasının həkim səhlənkarlığı ilə bağlı olduğunu iddia edir.
Güləndam İsayeva bildirib ki, əməliyyat zamanı həkim tərəfindən guya heyvandarlıqda tətbiq olunan preparatdan istifadə olunub və məhz bu müdaxilədən sonra oğlunun vəziyyəti ağırlaşıb. Onun sözlərinə görə, əməliyyatdan sonra tibb işçiləri xəstə ilə maraqlanmayıb. Hadisə ilə əlaqədar cərraha verilən töhmət isə ailəni qane etməyib.
İddialarda adı keçən cərrah Şahqubad Qubadov isə səsləndirilən fikirləri tamamilə əsassız adlandırıb və özünə qarşı irəli sürülən ittihamları qəbul etmədiyini açıqlayıb.
Mövzu ilə bağlı daha geniş məlumat videomaterialda təqdim olunur:
:
Bu gün, 00:07
4