Füzuli poeziyasının musiqili təcəssümü – Alim və Fərqanə Qasımovdan unudulmaz tamaşa

 Alim və Fərqanə Qasımova “Şəbi-hicran”da – Füzuli poeziyası muğamla dirildi
Heydər Əliyev Sarayında dünya şöhrətli sənətkar, UNESKO mükafatı laureatı, təsəvvüf ruhlu Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova birgə təqdim etdikləri “Şəbi-hicran” tamaşası musiqi və teatrsevərlərin yaddaşına silinməz anlar yazdı.

Tamaşanın əsas süjeti Füzulinin ölməz “Leyli və Məcnun” poemasının motivlərinə əsaslanır. Bu klassik əsərin obrazlarını Alim və Fərqanə Qasımovlar canlandırarkən, Cavad Nur və Jalə Novruzova da tərəf müqabili kimi iştirak edərək tamaşaya çoxqatlı dramatik təcrübə qatdılar. Hər bir jest, hər bir baxış sanki əsrin içindən gələn eşqi səhnəyə gətirirdi.

Kompozisiyanın quruluşçu rejissoru Əməkdar İncəsənət xadimi Hafiz Quliyev, plastik həllin müəllifi isə Əməkdar artist Bəhruz Vaqifoğlu idi. Onların teatr dilini muğamla sintez edən yanaşması, əsrlər boyu davam edən eşq yanğısını həm səslə, həm bədənlə, həm də işıqla yeni bir mətndə təqdim etdi. Muğam səslə teatrlaşır, teatr isə bədənin dili ilə musiqiyə cavab verirdi.

68 yaşında səhnəyə çıxan Alim Qasımovun Məcnunu gənclik təravətini qoruyaraq danışır, hər not, hər pauza, hər nəfəs tamaşaçıya Məcnunun daxili aləmini açırdı. Onun ifasındakı hər titrəyiş, hər incə səs dəyişməsi sanki əsrin içindən süzülmüş bir ruh alovu idi. Fərqanə Qasımovanın Leylisi isə muğamın qadın enerjisini incəlik və qüvvət arasında mükəmməl balansla təqdim etdi. Onun səsi bəzən yumşaq və zərif, bəzən isə sərt və sərbəst, Leyli obrazını həm zərif, həm də azad ruhlu qadın kimi təqdim edirdi. İki ustadın səhnədə yaratdığı musiqi dialoqu, görünməz, amma dərin bir bağın təcəssümü idi.

Tamaşanın musiqi müşayiəti “Qarabağ” orkestri tərəfindən həyata keçirildi. Əməkdar artist Nərgiz Əliyevanın bədii rəhbərliyi ilə, tarda Zəki Vəliyev, kamançada Rauf İslamov, nəfəs alətlərində Rəfael Əsgərov, zərb alətlərində isə Cavidan Nəbiyev çıxış edərək musiqi harmoniyasını tamamladılar. Onların ifası səhnədəki dramatik axını dərinləşdirir, muğamın və pantomimin vizual dialoqunu tamamlayırdı.

Gənc aktyorların pantomim müşayiəti tamaşanın ən effektli səhnələrindən biri idi. Sözsüz ifadə vasitəsi olan jest və mimikalar Leyli və Məcnunun içindəki yanğıyı, eşqi və əzabı tamaşaçıya ötürürdü. Sanki teatr muğamı tamamlamır, muğam teatrı öz içində gizlədirdi.

Səhnədə bir anlıq texniki problem də yaşandı: Fərqanə Qasımovanın səsi xışıltılı və qırıq-qırıq eşidildi. Zal gərginliklə doldu, amma Alim Qasımov səhnədəki gərginliyi bir anda yumşaldaraq, gülümsəyərək dedi:

— Mikrofonda problem var… Aylardır məşq edirdik, yoxlayırdıq bu mikrofonları, gəlib bu gün belə oldu…

Zal güldü, alqışlarla ona dəstək oldu. Mikrofon dəyişdirildi, Fərqanə xanım səhnəyə çıxdı və onun pərişan, divanə səsi Leylini elə ifadə etdi ki, tamaşa sanki yeni nəfəs aldı.

Səhnə dekoru və işıqlar da dramatik axını tamamlayan xüsusi bir dildən ibarət idi. Leylinin səhnələri yumşaq, ağ işıqlarla işıqlandırılır, Məcnunun məkanı isə qaranlıq və sarımtıl tonlarla dramatik kontrast yaradırdı. Minimal, amma məna yüklü dekor səhranın ruhunu, Məcnunun tənha çırpıntısını vizual şəkildə göstərirdi. Kölgə və işığın dialoqu, musiqi və bədənin ritmi ilə birləşərək tamaşaçıya unudulmaz emosional təcrübə yaşadırdı.

Son zamanlar Alim Qasımovla bağlı yayılan mənasız tənqidlərə “Şəbi-hicran” ən sərrast cavab oldu. Onun 68 yaşında belə yenilikçi, cəsarətli və alovlu performansı gənclərə muğamın qüdrətini göstərdi, Azərbaycan musiqisinin canlı irsini gələcək nəsillərə ötürdü.

Alim Qasımov təkcə muğam ustadı deyil, həm də milli sənətin canlı yaddaşıdır. Onun səsi bir məktəb, nəfəsi bir yol, sənətə bağlılığı isə bir irsdir. “Şəbi-hicran” bu irsin növbəti zirvəsi oldu – Leylinin işığı, Məcnunun alovu və Alim Qasımovun bitməyən alovlu nəfəsi tamaşaçıların yaddaşında əbədi yaşayacaq.  Müəllif:SelcanYusif                                                                                                                                    

 

 


 


27-11-2025, 19:26 82

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041