İctimai Şuraya üzv olmaq istəyənlərin nəzərinə!


Təhsil Nazirliyi yanında İctimai Şuraya üzv olmaq istəyən namizədlərin müraciətlərinin qəbulu prosesi davam edir. Sənədlərin qəbulu müddəti 28 oktyabr 2021-ci il tarixində başa çatacaq.
 
Sumqayit.tv xəbər verir ki, Şuraya üzv olmaq istəyən namizədlər tələb olunan sənədləri elektron qaydada təqdim etməlidirlər. Sənədlər [email protected] poçt ünvanına göndərilməlidir. 
 
Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şura 2019-cu ilin sentyabr ayında yaradılıb. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, görülən işlərdə aşkarlığın və şəffaflığın təmin edilməsi, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsi olub.
 
Ətraflı məlumatı aşağıda təqdim olunan elan vasitəsilə əldə edə bilərsiniz.

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa  əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuraya üzvlüyə namizədlərə, seçicilərə dair tələblər və onların qeydiyyatı qaydası:

 

1. Namizədlərə dair tələblər:
- İctimai Şurada üzvlüyə yüksək mənəvi və əxlaqi keyfiyyətlərə, təhsil sahəsi üzrə təcrübəyə və biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir fəaliyyət qabiliyyətli vətəndaşının namizədliyi irəli sürülə bilər;
- hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şurada üzvlüyə yalnız bir namizəd irəli sürə bilər;
- İctimai Şurada üzvlüyə Azərbaycan Respublikası Təhsil Nazirliyi işçilərinin namizədlikləri irəli sürülə bilməz.
 
Namizədlərin qeydiyyatı:
Namizədin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. İctimai Şurada üzvlüyə namizədin irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilməklə);
2. namizədin şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti;
3. namizədin tərcümeyi-halı;
4. namizəd vətəndaş cəmiyyəti institutunun üzvü olduqda, həmin üzvlüyü təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti;
5. namizədin təhsil sahəsi üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənədin (əmək kitabçası və digər təsdiqedici sənədlərin) notariat qaydasında təsdiq edilmiş surəti.
Müraciətə namizəd barədə geniş məlumat verən digər sənədlər də əlavə edilə bilər.
 
2. Seçicilərə dair tələblər:
- İctimai Şuraya seçkidə seçici qismində yalnız vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak edə bilərlər;
- İctimai Şuraya seçkidə seçici qismində iştirak etməsi üçün hər bir vətəndaş cəmiyyəti institutu yalnız bir təmsilçisinin namizədliyini irəli sürə bilər;
- Seçki komissiyasının üzvləri İctimai Şuraya seçkidə seçici qismində çıxış edə bilməzlər.
 
Seçicilərin qeydiyyatı
Seçicinin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. seçicinin (vətəndaş cəmiyyəti institutunun təmsilçisinin) qeydiyyata alınması üçün müraciət;
2. seçicinin şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti;
3. vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatını təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti;
4. vətəndaş cəmiyyəti institutunun nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti.
 
3.  Sənədlərin qəbulu və baxılması 
Namizədlərin və seçicilərin qeydiyyatı məsələsinə Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə yaradılmış Seçki komissiyası tərəfindən baxılır.
Qeydiyyat üçün sənədlər elektron qaydada təqdim edilə bilər.
Sənədlər [email protected] poçt ünvanına göndərilməlidir.
Qeydiyyat üçün sənədlər 1 oktyabr 2021-ci il tarixindən etibarən qəbul edilir. Sənədlərin qəbulu müddəti 28 oktyabr 2021-ci il tarixində başa çatacaq.

12-10-2021, 15:19 326

Digər xəbərlər

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

Sumqayıtın tanınmış ictimai-siyasi siması Qüdrət Kərimov vəfat edib

İyulun pensiyası ilə bağlı vacib MƏLUMAT

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Dünən, 16:35
Dünən, 16:24
Dünən, 15:58
Dünən, 14:22
Dünən, 12:29
Dünən, 12:03
Dünən, 11:54
Dünən, 11:52
Dünən, 11:49
Dünən, 11:40
Dünən, 01:06
Dünən, 00:47
Dünən, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
3-07-2025, 17:30
3-07-2025, 17:26
1 2 3 4 5 6 7 8 9 10 ... 964