SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

İyulun 11-də Sumqayıt Dövlət Universitetində (SDU) Elmi Şuranın cari tədris ilinin son iclası keçirilib. İclas 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının yekunlarına və qarşıda duran əsas vəzifələrə həsr olunub. İclası Elmi Şuranın sədri, universitetin rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov açaraq, şura üzvlərini salamlayıb və gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırıb. O, universitetin ötən tədris ilində əldə etdiyi nailiyyətləri təhlil edərək, bu uğurların davamlı inkişafını təmin etmək məqsədilə kollektiv şəkildə atılacaq addımların zəruriliyini vurğulayıb. Professor Əminağa Sadıqov SDU-nun ilk dəfə nüfuzlu “QS 2026 Dünya Universitetləri Reytinqi” siyahısında yer almasını tarixi uğur kimi dəyərləndirib. O, bildirib ki, bu göstərici universitetin beynəlxalq arenada tanınmasının bariz nümunəsidir və yeni tədris ilində də bu istiqamətdə işlər daha da intensiv şəkildə davam etdiriləcək. Sonra iclasın gündəliyinə uyğun olaraq çıxışlar dinlənilib. 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının yekunları barədə bakalavriat, magistratura səviyyələri üzrə Elm və innovasiyalar üzrə prorektor, dosent Elşad Abdullayev, SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kolleci üzrə imtahan sessiyasının nəticələri barədə SDTK-nın direktoru dosent Mətanət Pirquliyeva geniş təqdimatla çıxış ediblər. Onlar qiymətləndirmə meyarları, imtahan prosesinin yekunları və gələcəkdə təhsilin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlər barədə məlumat veriblər. SDU-da baş müəllim vəzifəsinə keçid üçün tələblər və prosedur barədə Tədris Metodiki Mərkəzin direktoru dosent Osman Hacıyev məruzə edərək universitetin akademik göstəricilər baxımından ardıcıl inkişaf etdiyini qeyd edib. O, həmçinin baş müəllim vəzifəsinə keçid üçün tələb olunan şərtlər və qəbul proseduru barədə məlumat verib. Sonra baş müəllim vəzifəsinə keçidlə bağlı tələblər və prosedur qaydaları Elmi Şura tərəfindən müzakirə olunaraq təsdiq edilib. Elmi Şuranın qərarlarının yerinə yetirilməsi haqqında Elmi katib, professor Muxtar Səmədov çıxış edərək Elmi Şura tərəfindən qəbul edilmiş qərarların icrası vəziyyəti ilə bağlı çıxış edib. Qeyd edib ki, Elmi Şuranın qərarları struktur rəhbərləri tərəfindən daim diqqət mərkəzində saxlanılır və vaxtında yerinə yetirilir. Bəzi məsələlər davamlı xarakter daşıyır və zərurət yarandıqda yenidən baxılması həyata keçirilir. Daha sonra Rektorun müşaviri Əhməd Əhmədzadə çıxış edərək qeyd edib ki, Mühəndislik fakültəsinin kibertəhlükəsizlik üzrə SABAH qrupunun magistrantı Mətanət Əhmədovanın məqaləsi Avstraliyanın Sidney şəhərində keçiriləcək konqresin elmi proqramına daxil olub. Bununla əlaqədar olaraq, onun konqresdə əyani iştirak etməsinə dair qərar qəbul olunub.


Elmi Şurada magistrant Mətanət Əhmədovanın konqresdə iştirak etməsi qərara alınıb. Cari məsələlər müzakirəsində Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə professor Muxtar Səmədov məlumat verib. Bildirib ki, Elmi Şuraya 7 tədris vəsaiti daxil olub. Onlardan 2-si dərs vəsaiti, 1 monaqrafiya və 4-ü fənn proqramıdır. Aparılan müzakirələrdən sonra müvafiq qərarlar qəbul edilib. Bununla da, Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası uğurla başa çatıb.

 

 

 

 

 

 

 

 

11-07-2025, 16:35 240

Digər xəbərlər

Heydər Əliyevin qayıdışı və Azərbaycanın qurtuluş missiyası

Sumqayıtda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-FOTOTLAR

Sumqayıtda “Qurtuluş Kuboku – 2026” minifutbol turniri başa çatıb-FOTOLAR

Sumqayıtda kanalizasiya daşdı: Sakinlər 3 gündür kömək gözləyir-VİDEO

Brianna Freyzer Sumqayıtda keçiriləcək Dünya Seriyasını buraxacaq

Qara Kölgə – Arif Ərşadın hekayəsi

"Sumqayıt"ın futbolçusu 6-9 ay yaşıl meydanlardan kənarda qalacaq

TƏBİB: 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib

DÇ-2026: Braziliya və Türkiyə ilk oyununa çıxır – Günün proqramı açıqlandı

Atadan şok açıqlama: Oğlum küçə itlərinin hücumuna məruz qaldı

Sumqayıtda və bəzi rayonlarda ehsan süfrələri ləğv edildi - YENİ QAYDALAR

Milli Qurtuluşdan müasir zəfərlərə: Mingəçevirdə Ulu Öndər Heydər Əliyevin siyasi irsinə həsr olunan konfrans keçirilib-FOTOLAR

Zakir Fərəcov 13-cü mikrorayonda sakinlərlə səyyar qəbul keçirib-FOTO/VİDEO

Novxanıda hotel ərazisində məktəbli vəfat edib – araşdırma aparılır

DİM magistratura imtahanı keçirəcək – 15 minə yaxın bakalavr iştirak edəcək

Abşeronun bəzi ərazilərində qaz təchizatı dayandırılıb

Azərbaycanda xarici kreditlər üzrə icra göstəricisi aşağı olub – Hesablama Palatası

Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək

Sumqayıt Azərbaycanın ən çox çirklənmiş ərazilərindən biri hesab olunur – Ekoloq

Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

1 2 3 4 5 6 7 8 9 10 ... 1063
Bu gün, 09:45
Dünən, 21:38
Dünən, 21:03
Dünən, 20:52
Dünən, 12:53
Dünən, 11:27
Dünən, 11:23
Dünən, 11:21
Dünən, 11:20
Dünən, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
12-06-2026, 11:49
12-06-2026, 11:40
11-06-2026, 13:16
11-06-2026, 10:15
11-06-2026, 09:25
11-06-2026, 09:14
10-06-2026, 21:42
10-06-2026, 18:54
10-06-2026, 17:32
10-06-2026, 14:26
10-06-2026, 14:12
10-06-2026, 11:13
10-06-2026, 10:19
10-06-2026, 09:57
9-06-2026, 21:27
9-06-2026, 21:15
9-06-2026, 17:19
9-06-2026, 17:16
9-06-2026, 16:25
9-06-2026, 15:35
9-06-2026, 14:32
9-06-2026, 12:06
8-06-2026, 22:22
8-06-2026, 18:24
8-06-2026, 16:42
1 2 3 4 5 6 7 8 9 10 ... 1063