Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

 
Sumqayıt şəhərində yerli özünüidarəetmə institutlarının fəaliyyətinin gücləndirilməsi məqsədilə yeni təşəbbüs həyata keçirilib. Şəhərin müxtəlif ərazilərində fəaliyyət göstərən məhəllə komitələrinə yeni nümayəndələrin seçilməsi planlaşdırılır.
Bu məqsədlə Sumqayıt şəhər Ağsaqqallar Şurasının binasında Sumqayıt Bələdiyyəsinin təşəbbüsü ilə görüş təşkil olunub. Görüşdə bələdiyyə, ictimai təşkilatlar və veteran qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri Təbrik Quliyev, məhəllə komitələrinin fəaliyyətində yaşlı nəslin təcrübəsindən istifadə edilməsinin vacibliyini qeyd edib. O bildirib ki, bu strukturlar yalnız idarəetmə deyil, həm də yerli ictimai münasibətlərin tənzimlənməsində rol oynaya bilər.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Sumqayıt şöbəsinin sədri Sovet Şükürov çıxışı zamanı bələdiyyənin təşəbbüsünü dəstəklədiklərini bildirib və ictimai təşkilatlar tərəfindən də bu prosesə dəstəyin vacibliyini vurğulayıb.

Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov isə yeni seçilən nümayəndələrin rolu və funksiyaları barədə məlumat verib. Onun sözlərinə görə, hazırda şəhərdə 154 məhəllə komitəsi fəaliyyət göstərir və bu komitələrdə orta hesabla 10-a yaxın üzv yer alır. Yeni nümayəndələr sakinlərin gündəlik problemləri, sosial ehtiyacları və infrastrukturla bağlı müraciətlərini bələdiyyəyə çatdırmaqda vasitəçi rolunu oynayacaqlar.

Görüşdə iştirak edən digər çıxışçılar da komitələrin fəaliyyəti, onların sakinlərlə əlaqələrinin gücləndirilməsi və kommunal məsələlərin həllinə töhfəsi ilə bağlı fikirlərini bölüşüblər. Müzakirələr zamanı məhəllələrdə yaşıllaşdırma, kommunal xidmətlər, yolların vəziyyəti, ekoloji məsələlər və digər gündəlik problemlər diqqət mərkəzində olub.

 
Bildirilib ki, bəzi hallarda mövcud problemlərin qeydiyyata alınsa da, həllində gecikmələr baş verir. Bu səbəbdən yeni nümayəndələrin operativ əlaqə qurmaq, bələdiyyəyə daimi geribildirim vermək imkanları ön plana çıxır.

Tədbirdə həmçinin, komitələrin fəaliyyətinin koordinasiyası, hesabatlılığın artırılması və vətəndaşla əlaqələrin rəqəmsal platformalar üzərindən genişləndirilməsi məsələləri də müzakirə olunub.

Sumqayıt Bələdiyyəsinin məlumatına görə, qarşıdakı aylarda məhəllə komitələrinin fəaliyyətinə dair yeni formatların tətbiqi, mütəmadi hesabatlılıq, ictimai dinləmələr və sakinlərlə müzakirə platformalarının yaradılması nəzərdə tutulur.

 

 

 

 

 

 

 

 

 

 

11-07-2025, 01:06 205

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041