“Azərbaycan pandemiya dövründə yaranan səyahət tələblərinə cavab verir”


Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycanın pandemiya dövründə yaranan səyahət tələblərinə cavab verdiyini vurğulayıb.

Sumqayit.tv xəbər verir ki, O, bu haqda dekabrın 2-də onlayn formatda keçirilən “Uzakrota” turizm sammitində “Turizm destinasiyalarının yenidən özünükəşfi” mövzusuna həsr olunmuş paneldə spiker qismində çıxış edərkən bildirib. Baş icraçı direktor ənənəvi turizm növləri ilə yanaşı, haykinq, quş müşahidəçiliyi və “Slou Fud” səyahət marşrutu kimi davamlı turizm təkliflərinin ərsəyə gətirildiyini bildirib. ATB rəsmisi Qarabağın turizm potensialının bərpası üzrə planlaşdırılan işlərdən, həmçinin bu regionun zəngin tarixi və mədəni irsindən danışıb. Türkiyə ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayan Florian Zenqstşmid hava sərhədlərin tədricən açılması ilə Azərbaycana səyahət edən türkiyəli vətəndaşların sayında artımın müşahidə olunduğunu bildirib. Tədbir çərçivəsində “İşgüzar tədbirlər sənayesində qlobal strategiyalar” mövzusuna həsr olunmuş paneldə verilən sualları Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva cavablandırıb. O, Azərbaycanda işgüzar turizm sənayesi üzrə hazırkı vəziyyət, ölkəmizin növbəti illər üçün ev sahibliyi etmək hüququ qazandığı tədbirlər, eləcə də destinasiyaların təbliği üçün güclü strategiyanın vacibliyi haqqında məlumat verib.  Panellərdə Azərbaycanla birlikdə Türkiyə, Böyük Britaniya, Serbiya, Qətər və İsraili təmsil edən dövlət və özəl sektor nümayəndələri iştirak ediblər. Hər il təşkil olunan “Uzakrota” turizm sammiti turizm agentlikləri, hava yolları şirkətləri, hotellər, turizm sahəsində fəaliyyət göstərən startaplar və digər turizm sənayesi nümayəndələrini bir araya gətirən beynəlxalq sərgidir. 2020-ci ildə olduğu kimi bu il də onlayn formatda keçirilən tədbirdə MDB, Avropa, Asiya, Afrika və Yaxın Şərq ölkələrindən 10 mindən çox turizm mütəxəssisi və 400-ə yaxın spiker iştirak edib.

3-12-2021, 11:54 136

Digər xəbərlər

Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır? - İDDİA + VİDEO

58 yaşlı kişi Sumqayıt xəstəxanasının 5-ci mərtəbəsindən özünü ataraq intihar etdi

Həyət evi almaq istəyənlərə şad xəbər: 15-20 min manat ucuzlaşacaq

TƏCİLİ! Azərbaycan-Ermənistan sərhədində ilk dirək quraşdırıldı - FOTO

Prezident dörd kəndin aqibətindən danışdı

Prezident: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

Qanda şəkəri salan meyvə açıqlandı

Rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib

İsveçrədən Rusiya ilə bağlı MÜHÜM QƏRAR

“Sumqayıt” gürcü futbolçu ilə bağlı qərarını verdi

Son 300 ilin açıqlamalarını DARMADAĞIN edən ŞOK ETİRAF - Putin bildirib ki, Heydər Əliyev...

Maşına it sümüyü atıb, özünü "yandıran" 43 yaşlı şirkət rəhbərindən ŞOK ETİRAF - məsuliyyətdən yayınmaq üçün...

ATƏT tədbirində QAİ və erməni mübahisəsiFOTOVİDEO

Hikmət Hacıyevdən VACİB AÇIQLAMA: Prezident İlham Əliyevin Rusiyaya səfərinin nəticələri...

O vaxt niyə uduzmuşduq? - Erməni akademiklərin qarşısına sağıcılarla çıxmışdıq...

Sumqayıtda müəllim vəfat etdi - Foto

Gözlər BU DƏQİQƏ Moskvada: Əliyevlə Putin görüşdə nələr danışırlar? CANLI

“Mən azadlığı seçirəm” – SSRİ-nin ABŞ-dakı nümayəndəsi sovet rejimini bu kitabla ifşa edib

Narkoman oğlan gecəyarı sevgilisinin Sumqayıtdakı evinə gəldi və... — MƏHKƏMƏ

“Sumqayıt Kimya Sənaye Parkı”na qaz xətti çəkilir - TENDER ELAN EDİLDİ

1 2 3 4 5 6 7 8 9 10 ... 838
Dünən, 23:49
Dünən, 20:07
Dünən, 16:43
Dünən, 16:42
Dünən, 16:40
Dünən, 16:03
Dünən, 15:57
Dünən, 15:56
Dünən, 15:51
Dünən, 15:46
Dünən, 15:22
Dünən, 15:19
Dünən, 15:18
Dünən, 15:14
Dünən, 15:11
Dünən, 08:51
22-04-2024, 15:17
22-04-2024, 15:15
22-04-2024, 15:02
22-04-2024, 14:57
22-04-2024, 13:24
22-04-2024, 10:59
22-04-2024, 10:54
22-04-2024, 10:43
22-04-2024, 10:37
22-04-2024, 10:29
22-04-2024, 09:43
22-04-2024, 09:40
20-04-2024, 16:01
20-04-2024, 15:07
20-04-2024, 15:05
20-04-2024, 14:01
20-04-2024, 13:46
20-04-2024, 13:34
20-04-2024, 13:25
20-04-2024, 13:23
20-04-2024, 11:16
20-04-2024, 11:15
20-04-2024, 11:12
20-04-2024, 11:12
1 2 3 4 5 6 7 8 9 10 ... 838