Masallıda Davamlı inkişafda “yaşıl düşüncə” təlimləri başa çatıb - FOTO


02, 03 və 04 avqust  2024-cü ildə Masallı rayonu, İstisu ərazisində Azərbaycan Respublikasının Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, “Tərəqqi”gəncliyin inkişafı ictimai birliyi tərəfindən icra olunan Davamlı inkişafda “yaşıl düşüncə” layihəsinin təlimləri keçirilmişdir. Layihənin müddəti 3 ay olmaqla 01 iyun – 31 avqust 2024-cü il tarixləri əhatə edir.
 
Bu barədə Asiya.az-a məlumat verən “Tərəqqi” gəncliyin inkişafı ictimai birliyinin sədri, layihə rəhbəri Səfərov Raci Ələkbər oğlu qeyd etmişdir ki, təlim 87 onlayn müraciətlər içərisindən - 12 rayon və ya şəhər üzrə o cümlədən Sumqayıt, Lənkəran, Göygöl, Şəmkir, Şəki, Yardımlı, Masallı, Siyəzən, Cəlilabad və Kəlbəcərdən seçilmiş 20 nəfər gəncin iştirakı ilə keçirilmişdir. Layihənin məqsədi ətraf mühitin qorunmasında yaşıl düşüncə və davamlı inkişafda yaşıl düşüncənin logistik əhəmiyyətinə cəmiyyətin, o cümlədən gənclərin diqqətini cəlb etməkdir. Üç günlük təlimlərdə enercayzerlərlə ekoloji sistem, ətraf mühit, onun qorunması, ekoloji tarazlığın saxlanılması, təbii sərvətlər, növləri, onlardan səmərəli istifadə, alternativ enerji mənbələri-davmlı inkişaf, ekoloji təhlükəsizlik, ekoloji problemlər və onun həlli yolları, yanğınlar və onlara qarşı mübarizə tədbirləri, tullantılar və onların idarə olunması, ekoloji siyasət, COP29-yaşıl düşüncə, Yaşıl dünya naminə həmrəylik ili mövzularında gənclərə təlimlər keçirilmişdir. Düşərgənin axırıncı günündə düşərgə iştirakçıları Masallı  rayonunun yaşıl düşüncə nümunələri ilə bağlı  müxtəlif ərazilərinə o cümlədən Masallı İstisu Sanatoruyasına, Masallı Sənaye Parkına və Masallı Asan Xidmət Mərkəzinə ekskursiya təşil edilmişdir. Layihənin davamlılığını təmin etməkdən ötrü Facebook sosial şəbəkəsində fəalyyət göstərən “SƏHRALAŞMAYAN GƏNCLİK” qrupuna təlimlərdə iştirak edən gənclər üzv edilmişdir. Üç gün ərzində keçiriləcək təlim kurslarında uyğun mövzular üzrə layihənin eksperti Samir Salayev və təlimçi Afiq Məlikov tərəfindən təlimlər keçilmişdir. Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
                                          “Tərəqqi”gəncliyin inkişafı ictimai birliyi




5-08-2024, 20:04 152

Digər xəbərlər

Ənənəvi Sənətdən Süni İntellektə: Sumqayıtda gənc istedadların rəsm sərgisi baş tutdu-FOTO

Sumqayıtda yaşayış binasında yanğın: 6 sakin təxliyə edildi-VİDEO

Corat qəbiristanlığının qarşısındakı dayanacağın təmir olunması xahiş edilir

9-cu mikrorayonda sakinlər etiraz edir: "Həyətimiz əlimizdən alındı-VİDEO

Sumqayıtda sabah 39 dərəcə isti olacaq

İlham Əliyev və Nikol Paşinyan telefonla danışdı

Paşinyandan Azərbaycanla bağlı SÜLH AÇIQLAMASI

SDU rektoru abituriyentlərə müraciət etdi: “Doğru seçim gələcək uğurlarınızın təməlidir”-FOTO

Sumqayıtda avtomobil təmiri sexində GÜCLÜ YANĞIN – Sex tamamilə yandı

Azərbaycanda ən yüksək maaşlı vakansiyalar açıqlanıb – Bu sahələr ön plandadır

Zakir Fərəcov 9-cu mikrorayonda sakinlərlə səyyar qəbul keçirdi-FOTO

İlham Əliyevdən Azərbaycan-Tacikistan təhsil əməkdaşlığı ilə bağlı FƏRMAN

Sumqayıtda 9-cu mikrorayonda, "Bravo"nun qarşısında qazılan yol sakinləri çətin vəziyyətdə qoydu

Şabranda ər-arvadı qətlə yetirənlərə verilən ömürlük həbs cəzası qüvvədə saxlanıldı

13-cü mikrorayondakı park yenidən uşaqların ixtiyarına verildi

Sumqayıtda avtomobil qaçıran və çimərlikdə oğurluq edən şəxslər saxlanıldı

Ceyranbatanda 1500 abonentə qaz verilişi dayandırılacaq – SƏBƏB AÇIQLANDI

Sumqayıt sakinlərinin olduğu avtomobil qəzaya düşdü-FOTO

Sumqayıtın 21 nömrəli məktəbi tamamilə yeniləndi – Şagirdləri nələr gözləyir?

80 min manata bağ evi vədi verdi, minlərlə manatı ələ keçirdi

1 2 3 4 5 6 7 8 9 10 ... 1095
Bu gün, 18:48
Bu gün, 13:39
Dünən, 18:23
Dünən, 16:12
Dünən, 15:43
Dünən, 12:55
Dünən, 11:06
Dünən, 11:04
Dünən, 10:58
7-08-2026, 15:39
7-08-2026, 14:15
7-08-2026, 13:41
7-08-2026, 12:48
7-08-2026, 12:41
7-08-2026, 12:32
7-08-2026, 12:14
7-08-2026, 10:21
7-08-2026, 01:57
6-08-2026, 22:00
6-08-2026, 17:02
6-08-2026, 16:37
6-08-2026, 14:41
6-08-2026, 14:38
6-08-2026, 13:53
6-08-2026, 13:15
6-08-2026, 12:46
6-08-2026, 12:04
6-08-2026, 11:55
6-08-2026, 11:53
6-08-2026, 11:18
6-08-2026, 11:15
5-08-2026, 19:38
5-08-2026, 17:50
5-08-2026, 16:02
5-08-2026, 14:48
5-08-2026, 14:01
5-08-2026, 13:43
5-08-2026, 11:56
5-08-2026, 11:47
5-08-2026, 11:46
1 2 3 4 5 6 7 8 9 10 ... 1095