Sumqayıtda müntəzəm marşrut avtobusları üçün yeni tələblər müəyyən edilib

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası müntəzəm marşrut xətləri üzrə avtomobil nəqliyyatı xidmətini həyata keçirən nəqliyyat vasitələrinə dair yeni tələbləri təsdiqləyib.

Sumqayit.tv xəbər verir ki, nazir Rəşad Nəbiyevin imzaladığı qərara əsasən, müəyyən edilən tələblər Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərini, eləcə də Abşeron, Ağdam, Şuşa və Laçın rayonlarını əhatə edir. Qaydalar müntəzəm sərnişin daşımalarını həyata keçirən daşıyıcılarla xidmət müqavilələrinin bağlanması üçün konkret texniki standartları müəyyən edir.

Yeni tələblərə əsasən, Sumqayıt şəhərində fəaliyyət göstərən müntəzəm marşrut avtobusları aşağıdakı kriteriyalara cavab verməlidir:

gediş haqqının elektron qaydada ödənilməsi üçün nəzərdə tutulmuş ödəniş aləti ilə təchiz olunmalıdır;

avtobuslarda sərnişin sayğacı quraşdırılmalıdır;

sıxılmış təbii qaz (CNG) və dizel mühərriki ilə işləyən avtobusların yürüş həddi 1 milyon km-dən çox olmamalıdır;

elektrik mühərrikli avtobusların yürüş limiti 1,2 milyon km-dir;

nəqliyyat vasitələrinin buraxılış tarixindən 15 ildən çox zaman keçməməlidir;

elektrik avtobusları təkrar doldurula bilən və ya dəyişdirilə bilən batareyalarla təmin olunmalıdır.

Qərar 2026-cı il yanvarın 1-dən etibarən qüvvəyə minəcək.

Nazirliyin Hüquq şöbəsinə sənədin 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə təqdim edilməsi tapşırılıb.


17-11-2025, 12:00 221

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102