TikToker: “Bir ilə 306 min manat qazanmışam”

 

Sumqayıt sakininin adı keçən “Beniz” işi üzrə məhkəmə davam edir. 

Sumqayit.tv xəbər verir ki, hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən tanınmış tiktoker Aybəniz Xəlilovanın (“Beniz”) cinayət işi üzrə növbəti məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Məlumata görə, prosesə hakim Fəxri Məmmədov sədrlik edib. Tiktoker prokuror Tural Yaqubovun cinayət işində əks olunan bir neçə epizodla bağlı suallarını cavablandırıb.

Aybəniz Xəlilova xüsusilə Sumqayıt sakini Xalid Kərimovu şantaj etməsi iddialarına münasibət bildirib. O deyib ki, X.Kərimovla bir müddət ailə kimi yaşadıqları üçün onu şantaj etməsi mümkün deyil:

“Sumqayıtda evimi satıb, onun köməkliyi ilə Bakıda ev almışıq. Avtomobilimi də satmışam, Xalid üstünə pul qoyub yenisini almışıq. Mənim pula ehtiyacım olmayıb. Bir il ərzində TikTok-dan 306 min manat qazanmışam”.

O, xaricdə yaşayan bloqer Manaf Cəlilzadə ilə əlaqəsi olması iddialarını da təkzib edib və həmin şəxsin canlı yayımlar zamanı ona hədə dolu mesajlar yazdığını bildirib.

Məhkəmə vaxt məhdudiyyəti səbəbindən təqsirləndirilən şəxsin digər epizodlarla bağlı ifadələrinin 9 dekabrda keçiriləcək növbəti iclasda davam etdiriləcəyini açıqlayıb.

Qeyd edək ki, Sumqayıt sakini Xalid Kərimov polisə müraciət edərək tiktokerin ondan hissə-hissə olmaqla ümumilikdə 836 min manat tələb etdiyini iddia edib. Aybəniz Xəlilovaya Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda pul tələb etmək) maddəsi ilə ittiham irəli sürülüb.


18-11-2025, 20:48 94

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102