MDU-da “Velo Park – Sağlam Gənclik, Yaşıl Kampus” layihəsinin təqdimatı keçirildi - FOTO/ VİDEO

 

Mingəçevir Dövlət Universitetində (MDU) “Velo Park – Sağlam Gənclik, Yaşıl Kampus” layihəsinin təqdimat mərasimi keçirilib.

Sumqayit.tv xəbər verir ki, layihə universitetin “2030 İnkişaf Strategiyası” və “Yaşıl Kampus” konsepsiyasına uyğun olaraq həyata keçirilir.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) vitse-prezidenti Fikrət Hüseynov, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəhbəri Azad Gözəlov, şəhər təhsil sektorunun nümayəndələri, MDU-nun akademik-inzibati heyəti, tələbələr, magistrantlar, ümumtəhsil məktəblərinin direktorları və media nümayəndələri iştirak ediblər.

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Azərbaycan Velosiped İdmanı Federasiyasının tərəfdaşlığı ilə reallaşdırılan layihə çərçivəsində universitetə 70 velosiped təqdim olunub. Velosipedlər sentyabr ayından start götürmüş seçim turlarında fəallıq göstərən 70 qız tələbəyə hədiyyə edilib.

Layihə müddətində tələbələr maarifləndirici təlimlərdə, velosürmə kurslarında və müxtəlif turlarda iştirak edərək öz bacarıqlarını təkmilləşdiriblər.

MDU-dan bildirilib ki, layihənin əsas məqsədi tələbələri fiziki aktivliyə cəlb etmək, sağlam həyat tərzini təşviq etmək, gender bərabərliyini dəstəkləmək və kampusda ekoloji şüuru gücləndirməkdir.

Universitet rəhbərliyi layihəyə verdiyi dəstəyə görə Gənclər və İdman Nazirliyinə, AzVİF-ə və prosesdə əməyi keçən hər kəsə təşəkkür edib.

Qurumdan həmçinin qeyd edilib ki, beynəlxalq təcrübəyə əsaslanaraq MDU-da region səviyyəsində davamlı veloinfrastrukturun qurulmasına başlanılıb. “Velo Park” layihəsi universitetdə sağlam, yaşıl və aktiv kampus hərəkatının yeni mərhələsi kimi qiymətləndirilir.


VİDEO LİNK: Sumqayıt TV Official (@sumqayittvofficial) | TikTok

 

 

 

 

 

 


17-11-2025, 10:49 276

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102