Sumqayıt sakinləri üçün AZAL reyslərində “powerbank” istifadəsinə yeni qadağa tətbiq olunacaq

AZAL 20 noyabr tarixindən etibarən təyyarələrdə portativ şarj cihazlarının (“powerbank”) daşınması və istifadəsi ilə bağlı yeni qaydalar tətbiq edəcək.

Sumqayit.tv Modern.az-a istinadən xəbər verir ki, dəyişikliklər uçuşların təhlükəsizliyinin artırılması məqsədi daşıyır və beynəlxalq mülki aviasiya standartlarına tam uyğunlaşdırılıb.

Məlumata görə, artıq təyyarə salonunda smartfon və digər cihazları “powerbank” vasitəsilə doldurmaq qadağan olunur. Bu qərar litium-ion batareyaların yarada biləcəyi yanğın və qızma risklərinin qarşısını almağa hesablanıb.


Yeni qaydalara görə:

  1. Təyyarə salonunda portativ şarj cihazından istifadə qadağandır;
  2. “Powerbank”ı təyyarənin enerji şəbəkəsinə qoşmaq olmaz;
  3. Cihazlar yuxarı baqaj rəflərində saxlanıla bilməz – sərnişinin yaxınlığında olmalıdır ki, ekipaj nasazlıq zamanı operativ müdaxilə edə bilsin;
  4. Yalnız zavod markalaması olan, 100 vat/saatadək tutuma malik bir ədəd “powerbank” daşına bilər.

Tutumu 100–160 vat/saat olan portativ akkumulyatorlar yalnız aviaşirkətin əvvəlcədən verdiyi icazə ilə qəbul edilir. Bu kateqoriyaya daxil olan cihazların baqajda daşınması qəti qadağandır.

Sərnişinlərə xəbərdarlıq olunur ki, “powerbank”da həddindən artıq qızma, şişmə, deformasiyalar və ya kənar qoxu hiss etdikdə dərhal ekipaj üzvlərinə məlumat versinlər.

Qeyd edək ki, yeni qaydalar Bakıdan və Sumqayıt sakinlərinin sıx istifadə etdiyi bütün AZAL reyslərinə şamil olunur və 20 noyabr 2025-ci ildən qüvvəyə minir.


17-11-2025, 12:20 304

Digər xəbərlər

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Berlin görüşündə hansı mesajlar verildi? – Əliyev və Mertsdən açıqlamalar-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
20-07-2026, 19:44
1 2 3 4 5 6 7 8 9 10 ... 1086