Qurumlara göndərilən sorğudan ilk cavab gəldi — Sumqayıt Tibb Mərkəzi mövqeyini açıqladı

 

Redaksiyamızın Sumqayıtdakı dövlət qurumlarına ünvanladığı sosial media rəyləri ilə bağlı sorğuya cavab daxil oldu.

Sumqayit.tv tərəfindən dövlət qurumlarına sosial şəbəkələrdə səslənən rəy və qeydlərin monitorinqi, vətəndaş müraciətlərinə baxılması və qəbul mexanizmləri ilə bağlı ünvanlanan rəsmi sorğuya ilk cavab daxil olub. Sorğuya cavab verən ilk qurum Sumqayıt Tibb Mərkəzidir. Qurum tərəfindən təqdim olunan rəsmi mövqe, olduğu kimi, dəyişiklik edilmədən oxucuların diqqətinə çatdırılır;


Sumqayıt Tibb Mərkəzinin rəsmi cavabı


Sumqayıt Tibb Mərkəzi sosial şəbəkələrdə səslənən rəy və şikayət xarakterli qeydləri gündəlik əsasda monitorinq edir. 2025-ci ilin ilk 10 ayı ərzində sosial platformalar vasitəsilə 500-dən çox müraciət daxil olub və onların hər biri araşdırılaraq nəticə üzrə vətəndaşlara geri dönüş edilib. Sosial media monitorinqi Sumqayıt Tibb Mərkəzinin xidmət keyfiyyətinin artırılması istiqamətində əsas alətlərdən biridir və vətəndaşların fikirlərinə xüsusi həssaslıqla yanaşılır.
Bu sözləri sorğumuza cavab olaraq Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallı deyib.
Onun sözlərinə görə, müraciətlərin qəbul edilməsi üçün mərkəzdə çoxkanallı sistem qurulub: “070 404 03 82 nömrəli qaynar xətt gün ərzində ortalama 20 müraciət qəbul edir. Bununla yanaşı, sosial şəbəkələr vasitəsilə gündə 5–10 müraciət daxil olur və bütün müraciətlər dərhal aidiyyəti struktur bölmələrinə yönləndirilir. Sumqayıt Tibb Mərkəzində vətəndaşların qəbulu üçün geniş imkanlar yaradılıb və proses sistemli şəkildə təşkil olunur. Qəbul otağında hər gün 30–40 vətəndaş, direktor və müavinlərin fərdi qəbulunda isə 15–20 vətəndaş dinlənilir. Ay ərzində iki dəfə keçirilən direktorun ümumi vətəndaş qəbulu zamanı əlavə olaraq 50–60 müraciətçi qəbul olunur. Bu dinamika ilə mərkəz 2025-ci ilin 10 ayı ərzində 3 000-ə yaxın şəxsin qəbulunu həyata keçirərək müraciətlərin böyük əksəriyyətinə operativ şəkildə reaksiya verib.”
R.Zeynallı qeyd edib ki, qəbul cədvəlləri əvvəlcədən tənzimlənir və ictimaiyyət üçün açıq şəkildə elan olunur. Vətəndaşlar qəbulla bağlı məlumatı həm mərkəzdaxili məlumat lövhələrindən, həm də qaynar xətt vasitəsilə əldə edə bilirlər: “Bu şəffaflıq mərkəzin vətəndaşlarla ünsiyyət strategiyasının əsas hissəsidir. Sumqayıt Tibb Mərkəzi üçün vətəndaş müraciətlərinə operativ və diqqətli yanaşmaq sadəcə bir inzibati prosedur deyil, ictimai etimada verilən dəyərin ifadəsidir. Hər bir müraciət bizim üçün təkcə şikayət və ya sorğu deyil, vətəndaşın bizə göstərdiyi etimaddır. Bizim borcumuz isə bu etimadı doğrultmaq və hər bir insanın narahatlığını diqqətlə dinləməkdir. Sumqayıt Tibb Mərkəzi şəffaf, çevik və insan mərkəzli idarəetmə prinsipinə sadiqdir və bu istiqamətdə işlərimiz ardıcıl şəkildə davam edəcək.
Qurum rəsmisi vurğulayıb ki, vətəndaş məmnuniyyətinin yüksəldilməsi, müraciətlərin daha rahat qəbulu və xidmət keyfiyyətinin artırılması istiqamətində proseslər mütəmadi olaraq təkmilləşdirilir və yaxın dövrdə bu sahədə əlavə yeniliklər də planlaşdırılır.


Redaksiya qeydi: Digər qurumların sorğuya cavab verəcəyi bildirilsə də, hələlik rəsmi mövqe göndərməyiblər.


19-11-2025, 12:29 478

Digər xəbərlər

Sumqayıtda 11 köşk söküldü: küçə ticarətinin qarşısı alındı

Maduro presedenti və qaydasız dünya nizamı: qlobal sistem hara gedir?

Sumqayıtda vərəqə şüşə istehsal edən ilk zavoddan FOTOREPORTAJ

"Sumqayıt" qış təlim-məşq toplanışı üçün Antalyaya yollanıb

Dəm qazı səbəbilə Sumqayıtda bir ailənin üç üzvü zəhərlənib

Prezident və xanımından keçmiş prezidentə başsağlığı

Parlamentin içindən: Deputatlar nədən məmnun deyil? – Eksklüziv sorğu

Sosial kapital anlayışı - İndi münasibətlərə necə yatırım edilir? (ANALİZ)

Sumqayıtda smart qaz sayğaclarında problem: Yeni ilin ilk 2 gününü sakinlər qazsız qalıb

Bu gün Milli Qəhrəman Polad Həşimovun doğum günüdür

2025-ci il Sumqayıt üçün sənaye və maliyyə baxımından əlamətdar olub

2026-cı ildən qüvvəyə minən qanunlar Sumqayıta necə təsir edəcək?

Sumqayıtda kafel-metlax sexində yanğın olub

Sumqayıtda metal tullantılarının qəbulu sahəsində yanğın olub - Video

Prezident xalqa bayram təbriki ünvanladı - Yenilənib+Video

Zakir Fərəcov Sumqayıt sakinlərini təbrik etdi

Sumqayıtın 2025-ci ili: Uğurlar və problemlər – Sumqayit.tv-in gözü ilə

Yeni statistika Sumqayıtda nəqliyyat problemini bir daha gündəmə gətirdi

Sumqayıtda yataqxana sakinləri 31 dekabrı qazsız qalıb - ŞİKAYƏT

Türkiyəli müğənni iddia etdi, Fərid Sumqayıt açıqladı: ‘Sensizlik’dəki səs süni intellektdir - EKSKULİZİV MÜSAHİBƏ

1 2 3 4 5 6 7 8 9 10 ... 1003
Bu gün, 14:55
Dünən, 09:39
3-01-2026, 17:27
3-01-2026, 17:23
3-01-2026, 14:59
2-01-2026, 19:17
2-01-2026, 16:34
2-01-2026, 15:13
2-01-2026, 13:12
2-01-2026, 09:20
1-01-2026, 18:38
1-01-2026, 17:59
1-01-2026, 17:51
1-01-2026, 00:29
1-01-2026, 00:22
31-12-2025, 22:01
31-12-2025, 17:45
31-12-2025, 16:16
31-12-2025, 11:41
30-12-2025, 20:14
30-12-2025, 16:43
30-12-2025, 16:28
30-12-2025, 16:22
30-12-2025, 16:16
30-12-2025, 16:10
30-12-2025, 16:01
30-12-2025, 15:54
30-12-2025, 15:25
30-12-2025, 12:59
29-12-2025, 17:57
29-12-2025, 17:33
29-12-2025, 17:26
28-12-2025, 13:55
28-12-2025, 13:15
28-12-2025, 12:46
28-12-2025, 10:22
27-12-2025, 23:25
27-12-2025, 11:50
27-12-2025, 11:39
26-12-2025, 22:02
1 2 3 4 5 6 7 8 9 10 ... 1003