Sumqayıtda piyada zolağı maşınlarla bloklanıb, digər tərəfdə isə keçid birbaşa köşk üstünə düşür - VİDEO

Sumqayıt şəhərinin 9-cu mikrorayonunda, Araz marketin qarşısındakı piyada keçidindən istifadə edən sakinlər ciddi narazılıq bildirirlər.

Sakinlərin Sumqayit.tv-yə göndərdiyi videomaterialda görünür ki, piyada zolağının üzərində avtomobillər dayanaraq piyadaların hərəkət yolunu tam şəkildə bağlayır.

Bu səbəbdən piyadalar — xüsusilə yaşlı insanlar və uşaqlı valideynlər — iki avtomobilin arasından keçməyə məcbur olur. Sakinlərin sözlərinə görə, bəzi hallarda piyadalar faktiki olaraq avtomobilə toxunaraq onun üzərindəki tozu paltarlarına çəkməli olurlar. İri cüssəli şəxslər isə ya avtomobillərin üstündən keçmək riski ilə üzləşir, ya da geri dönməyə məcbur qalır, çünki avtomobillər arasında keçid üçün boşluq demək olar ki, yoxdur.

Problem bununla da bitmir. Həmin zolaqdan keçib yolun digər tərəfinə — Bəyaz Saray istiqamətinə — çıxarkən piyada keçidi birbaşa köşkün (butkanın) üstünə düşür. Bu, piyadaların hərəkətini qeyri-mümkün edir və zolaqların ümumiyyətlə düzgün planlaşdırılmadığını göstərir.

Şikayətçilər bildirir ki, bu vəziyyət uzun müddətdir davam edir və ərazidə nəzarət zəifdir. Onlar aidiyyəti qurumlardan — xüsusilə də Sumqayıt Şəhər Dövlət Yol Polisi şöbəsindən — ərazidə nəzarətin gücləndirilməsini və problemin aradan qaldırılması üçün tədbirlər görülməsini tələb edirlər.

Qeyd edək ki, piyada zolağında dayanma və durma qanunla qadağandır. Bu cür hallar həm inzibati məsuliyyət yaradır, həm də yol-nəqliyyat təhlükəsizliyi üçün ciddi təhdid hesab olunur.

Sumqayit.tv məsələ ilə bağlı yol polisi və digər aidiyyəti qurumların rəsmi mövqeyini öyrənməyə hazırdır.

Videonun Linki: (14)Sumqayıt TV Official (@sumqayittvofficial) | TikTok


17-11-2025, 09:00 275

Digər xəbərlər

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
1 2 3 4 5 6 7 8 9 10 ... 1102