Prezident İlham Əliyevin 12 noyabr çıxışı dövlət idarəçiliyində yeni mərhələnin başlanğıcıdır

 
Hazırda respublikamızda dövlət idarəçiliyində səmərəliliyin artırılması, şəffaflığın möhkəmləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində ardıcıl islahatların davam etdirilməsi möhtərəm prezidentimiz İlham Əliyevin apardığı siyasətin prioritetlərindəndir. Elə 12 noyabr 2025-ci ildə Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonlara təyin olunan icra başçılarını qəbul edərkən səsləndirdiyi strateji çağırışlar bu siyasətin mühüm istiqamətlərindəndir.
Hər bir dövlət məmurunun əsas vəzifəsi xalqın etimadını doğrultmaq, insanlara xidmət etmək və fəaliyyətini şəffaf prinsiplər üzərində qurmaqdır – söyləyən Prezident İlham Əliyev qeyd etdi ki, bu, yeni təyin olunan rəhbər şəxslər üçün həm məsuliyyət, həm də böyük etimaddır. Qəbulda etdiyi çıxışla yeni təyin olunmuş və ümumilikdə respublikamızda fəaliyyət göstərən rəhbər şıxslərə bir strateji yol xəritəsi cızan prezident respublikada iqtisadi inkişafın təməl prinsiplərini, sosial sabitliyin dayaqlarını, xalqla birgə idarəetmə prinsiplərini gözlər önünə sərdi.
İnkişafın təməlini təşkil edən müasir infrastrukturun qurulmasını, son illərdə həyata keçirilən genişmiqyaslı layihələr nəticəsində ölkəmizdə tamamilə müasir standartlara cavab verən magistral yolların qurulmasını xatırladan prezident vurğuladı ki, bu sahədə görülən işlər regionların iqtisadi və sosial inkişafına bilavasitə təsir göstərir. Müasir yol infrastrukturu təkcə nəqliyyatın rahatlığını təmin etmir, həm də sənaye, kənd təsərrüfatı və turizm sahələrinin inkişafına yeni imkanlar açır.
Azərbaycanın bütün bölgələrində reallaşdırılan bu layihələr dövlət siyasətinin əsas prioritetlərindən biri olan bərabər regional inkişaf məqsədinə xidmət edir. Müasir yollar, enerji və kommunikasiya xətləri, sosial infrastruktur – bunlar hamısı regionlarda rifahın artmasına yönəlib.
Prezident İlham Əliyev çıxışında xüsusi olaraq qeyd etdi ki, bölgələrdə məşğulluq məsələləri əsas prioritetlərdən biridir. Dövlət başçısı bildirdi ki, iqtisadi potensialın artırılması, yeni iş yerlərinin açılması və kiçik sahibkarlığın dəstəklənməsi sosial sabitliyin mühüm dayaqlarıdır.
Regionlarda həyata keçirilən dövlət proqramları nəticəsində minlərlə insan daimi işlə təmin olunur, gənclərin əmək bazarına inteqrasiyası üçün geniş imkanlar yaradılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycan modelinin – iqtisadi inkişafla sosial rifahın vəhdəti prinsipinin bariz nümunəsidir.
Çıxışında rəhbər şəxslərin xalqla sıx təmasda olmaları, onların qayğılarını yerində öyrənməli və operativ şəkildə həll etməli oluqlarını vurğulayan dövlət başçısının fikrincə, idarəetmə sistemində əsas məqsəd vətəndaş məmnunluğudur. Çünki bu, həm sosial ədalətin, həm də dövlətə inamın möhkəmlənməsinə xidmət edir.
12 noyabr tarixli çıxış dövlət idarəçiliyinin yeni mərhələsinə, regionların inkişafında məsuliyyət və şəffaflığın daha da gücləndirilməsinə yönəlmiş çağırış idi. Bu, bir daha onu göstərir ki, qarşıdakı dövrdə ölkəmizin bütün bölgələrində infrastrukturun müasirləşməsi, məşğulluğun artırılması və sosial rifahın yüksəldilməsi istiqamətində işlər ardıcıl şəkildə davam etdiriləcək.
Ramiz Hüseynov
YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

17-11-2025, 11:06 828

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102