Repetitorluqdan qurtulmağın yolu - deputatdan təklif, ekspertlər isə deyir ki...

 
“Repetitorluğun aktuallığını gündəmdən çıxarmaq ən böyük istəyimizdir”.Sumqayit.tv xəbər verir ki, bu sözləri Yenipress.az-a müsahibəsində Milli Məclisin Təhsil və Səhiyyə komitələrinin üzvü, deputat Müşfiq Məmmədli deyib.
O bildirib ki, burada iki vacib nüans var: “Birincisi, biz təhsili asan qavranılan və gələcək üçün bütün aktuallığını özündə saxlayan sistem halına gətirməliyik. Yəni təhsil sistemimizdə repetitorluğa ehtiyac olmayacaq səviyyədə proqramları asanlaşdırıb, həm də indiki zaman üçün aktuallaşdırmalıyıq və qanunvericilik bunun üçün tam şərait yaradıb. İkinci, övladlarımızdan aşırı gözləntiləri bir qədər arxa plana keçirməliyik. Bizim ailələrdə şagirdin ali məktəbə qəbul olunması bir tələb halına gəlib, olmazsa-olmazdır. Bu düşüncədən qurtulmalıyıq. Hazırda diqqət yetirsək, bəzən ali təhsilli şəxslərin işlə təmin olunmasının o qədər də asan olmadığının şahidi oluruq, nəinki peşə məktəblərində təhsil alan insanların. Biz həmin peşə təhsil sistemini aktivləşdirməliyik”.
Sirr deyil ki, azərbaycanlı valideynlər övladlarının yalnız ali təhsil almasına çalışır, buna görə hətta öz uşaqlarını arzuları əleyhinə yönəldir, bəzən təzyiq edirlər. Belə yanaşma mentalitetdənmi qaynaqlanır, yoxsa? 
O da bəllidir ki, repetitor xərcləri ailə büdcəsinə əlavə yükdür. Xüsusilə də kasıb ailələrin. Reallıq həmçinin ondan ibarətdir ki, öz istəyi əleyhinə ali təhsil alan gənclərin bir çoxu universiteti bitirdikdən sonra başqa sahələrə gedir, ya da, sadəcə, iş tapa bilmirlər.    
Repetitorluğa gəlincə, bəlkə problem məktəb müəllimlərinin maaşlarının yüksək olmamasındadır? 
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil tədqiqatçısı Elmin Nuri mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini belə izah etdi: “Repetitorluq fəaliyyəti ilə bağlı ən sərt danışan biri kimi deyə bilərəm ki, inanmıram repetitorluq institut kimi birdəfəlik ləğv olunsun. Bu, mexaniki olaraq mümkün deyil. Bu gün dünyanın bir çox yerlərində repetitorluq anlayışı var. Amma necə? Misal üçün, Koreyada peşə təhsili istiqamətində repetitorluq var. Burada İT sahəsində - kompüter mühəndisliyi kimi sahələrdə əlavə dərsliklərlə ödənişli şəkildə repetitorlardan istifadə olunur. Elə ölkə var ki, orada repetitorluq əsasən Master (bakalavriat) və PHD (doktorantura) istiqamətləri üçün keçərlidir. Yəni bir insan artıq müəyyən bir peşəyə, ixtisasa yiyələnib və özünə əmək bazarında  daha yaxşı yer tutmaq üçün, həmçinin akademik bacarıqlarını artırmaq üçün yüksək ranqlı mütəxəssisin əlavə dəstəyindən istifadə edir. Bir çox xarici ölkələrdə də repetitorluq məhz Master və PHD istiqamətində inkişaf edir. Mən bunun tərəfdarıyam. Yəni uzun illər orta əsr elm və tədris sistemində uğurlu tendensiya olan ustad-şagird mahiyyəti üzərində inkişaf gərəklidir. Amma bizdəki  repetitorluq isə tam başqa bir mexanizmdir. Arzuolunmaz şəkildə inkişaf edən, getdikcə böyüyən, fəsadları atdıqca artan institut kimi öz işini görüb. Bu gün repetitorluq institutu Azərbaycan təhsilinin ümumi mənzərəsini göstərir. Bu gün repetitorluq institutu məktəb adlı energetik qüvvəni, sosiallaşmanı, maarifçi auranı özündə göstərən bir məkanı tamamilə nüfuzdan salıb. O, faydasız bir quruma çevrilib. Mən hər dəfə  repetitorluqla bağlı danışanda bu işlə məşğul olan müəllim dostlarım, qohumlarım məndən inciyirlər. Mən heç kimin repetitorluq fəaliyyətinə qarşı deyiləm. Amma bu gün  müəllimlər var ki, sinfə daxil olub, "mənim yanıma hazırlığa gəlməsəniz, hazırlığınız mənasızdır", deyirlər. Belə olmaz axı". 
Bu tarixi anlar unutdurulmamalıdır"-Elmin Nuri | Informator informasiya  agentliyi
Elmin Nuri: “Bu gün repetitorluq seçilən müəllimləri məktəblərin əlindən aldı”
Ekspert əlavə edib ki, ölkəmizdə artıq repetitorluq institutu səhv tendensiya üzərində hərəkət edib: “Bu tendensiyanın iki qolu oldu, məktəbin nüfuzdan salınması, əlavə gəlir qazanmaq istəyi müəllimləri dərsdən soyutdu. Bu iki fəsad aradan qaldırılsa, repetitorluq o qədər ziyanlı məsələyə çevrilməz. Bu mümkündür. Deyərdim ki, maaş məsələsi bu zaman qüvvəyə minir, zəncirvarı olaraq prosesə cəlb olunur. Əgər müəllimlərin maaşı yüksək səviyyədə olarsa, bir qisim müəllim bu işdən əl çəkər.  Repetitorluq əlavə qazanc yeri olsa da, o qədər də arzuolunan iş deyil. Həm çox yorucudur, həm də çox məsuliyyətlidir. Bir məsələ də var. Axı müəllimlərin maaşı dövlətin təhsillə bağlı yürütdüyü siyasətə əsasən müəyyən mənada artmaq üzrədir. Sertifikasiya imtahanlarında minimal həddi keçən müəllimlərin maaşı 10 faiz artdı. 51 baldan yuxarı toplayanların maaşı 35 faiz artdı. Repetitorluq qalmalıdır, əvvəldə dediyim iki fəsadı aradan qaldırmaqla bunu etmək olar. Bu gün bizim çox gözəl müəllimlərimiz var ki, onlar məktəbdə çox faydalı ola bilərdilər. Amma repetitorluğa can qoyduqları üçün enerjilərini buna saxlamaq istəmirlər. Az qala, şüur altı "nəyimə" lazım tərzində hərəkət edirlər. Bu, yolverilməzdir. Bu gün repetitorluq bizim qaymaq müəllimlərimizi məktəblərin əlindən aldı".    
Klinik psixoloq Rövşən Nəcəfov isə “Yeni Müsavat”a dedi ki, təhsil sahəsində dəyişiklik etmək üçün psixoloji mühit analiz edilməlidir: “Təhsil sahəsində iştirakçı olan hər kəs bu prosesə cəlb olunmalıdır. Bu günə qədər məktəblərdə psixoloqların fəaliyyəti yox səviyyəsindədir. İstisnalar var və onlar heç vaxt qaydaları dəyişə bilmir. Təhsil sahəsində psixoloji fəaliyyətlər olsaydı, mühiti aydın şəkildə müşahidə etmək olardı. İnanıram ki, bir gün Azərbaycan təhsilində psixologiya həm tədris proqramına salınacaq, həm də pedaqoji və təhsil psixoloqlarının fəaliyyəti genişləndiriləcək. Problemlərin qaynağı həm maddidir, həm də mənəvidir. Sosial problemləri xüsusi vurğulaya bilərik, amma düşüncəni dəyişmədən nəyisə dəyişmək mümkün deyil.
Qarabağ Azərbaycandır!” ideoloji mübarizəsi davam edir – Rövşən Nəcəfov |  Yeni Gündəm
Rövşən Nəcəfov: “Valideynlər övladları ilə bağlı qərar verəndə onların istəklərini nəzərə alsınlar”
Bu gün Azərbaycan təhsili əzbərçilik üzərində qurulub. Test bilik göstəricisi deyil. Test informasiya üsuludur. Biliyə çevrilməyən informasiyanı bir müddət sonra yaddaş silir. Hazırda repetitor yanına getmədən real nəticə əldə etmək çox çətindir. Repetitorların arasında “bunker” müəllimlər də var. “Bunker” müəllimlər isə yüksək bal toplayanların səbəbkarlarındandır. Valideynlər də övladlarının gələcəyini daha yaxşı formalaşdırmaq üçün ən yaxşısını etməyə çalışırlar. Elə qeyri-sağlam psixoloji mühit formalaşıb ki, hər kəs baş verənlərdən psixoloji pozuntu yaşayır. Valideynlər öz yarımçıq arzularını övladları üzərində tamamlamağa çalışırlar. Övlad istəmədiyi və ya uyğun olmadığı ixtisasa gedir. Valideynlər başqaları ilə rəqabətə davamlı olmaq üçün övladlarının ixtisasın önəmi olmadan hansısa ali məktəbə qəbul olmasını istəyir. Nəticədə dörd il sonra cəmiyyətə daha bir diplomlu işsiz yetişdirmiş olur. Mentalitet insanların həyatında elə düşüncə formalaşdırıb ki, gözləntilər reallaşmayanda fəlakətə çevrilir. Nəticənin əldə olunmaması başlanğıc nöqtənin yox olması deyil. Peşə xarakterə bağlıdır. Əgər şəxs qandan qorxursa və ya nədənsə iyrənirsə, ən yüksək balı toplasa belə, tibb ixtisasına qəbul olsa belə, həmin şəxsdən həkim olmayacaq. Bununla bağlı çoxlu hekayələr var. Ali məktəblərin giriş qapısı açıq, çıxış qapısı kilidli olmalıdır. Hər kəs qapını öz açarı ilə aça biləcəyini anlamalıdır.
Valideynlər övladlarının ixtisas seçimində psixoloqlara müraciət etməlidir. Bəzən şəxs nə istədiyini bilmir. İlk olaraq şəxsin istəyi müəyyən edilməlidir və ya formalaşdırılmalıdır. Övladlarını psixoloq yanına aparmaqdan çəkinməsinlər. Əksinə, baş verəcək arzuolunmaz hadisələrin qarşısını almış olacaqlar. Hazırlıq prosesində də təşviş və həyəcanlarını aradan qaldırmaq üçün psixoloqa müraciət etsinlər. Valideynlər övladlarına psixoloji təzyiq etməsinlər. Övladları ilə bağlı qərar verəndə onların istəklərini nəzərə alsınlar. İnsan sevdiyi işi bacarır, bacardığı işdə isə uğurlu olur. Psixoloji mühit elə formalaşmalıdır ki, insanlar sevdiyi və bacardığı əməklə məşğul olsunlar".
“Yeni Müsavat” 

21-11-2023, 12:30 96

Digər xəbərlər

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

Zülfü Hacıyevin qızı: "Atamla şəhid olmamışdan iki gün öncə görüşdük. Mənə dedi ki..."-MÜSAHİBƏ

Sumqayıtın məşhur iş adamına ağır itki üz verib-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
15-11-2024, 13:47
15-11-2024, 13:37
1 2 3 4 5 6 7 8 9 10 ... 903