Dünyadan hörmətlə köçməyi öyrənməliyik - İBARƏT

 Son günlərdə məni dərindən düşündürən bir hal təkrar-təkrar qarşıma çıxır. Sosial şəbəkələrdə, xəbər portallarında, xüsusən də zəngin insanların ölüm xəbərlərinin paylaşılması zamanı, sosial media üzvlərinin yazdığı rəylər arasında çox zaman "rəhmət" yerinə "lənət" sözləri görünür. Bu, təkcə ölən şəxslə bağlı deyil, həm də onun geridə qoyduğu ailəsi, övladları və nəvələri üçün ağır mənəvi zərbədir.

Əlbəttə, heç kimə məlum deyil ki, kim bu dünyada nə qədər doğru və ya səhv yaşayıb. Bəzən vəzifə sahibi olmuş, var-dövlət içində yaşamış, öz dövründə güc sahibi sayılan insanlar elə bir həyat tərzi sürür ki, onların ölüm xəbəri belə nifrətlə qarşılanır. Ancaq bu nifrət onların yoxluğuna deyil, yaşadıqları həyatın cəmiyyət üzərində buraxdığı izə yönəlir.

Həmin insanların doğmaları üçün isə bu vəziyyət ikiqat ağırdır. Onlar təkcə sevdiklərini itirməyiblər, eyni zamanda dünyadan köçənlərinin ictimai şəkildə təhqir olunma acısını da yaşayırlar. Bəziləri media qurumlarına zəng edərək, xahiş edir, yalvarır, bəzən də hədə-qorxu gəlir ki, xəbəri silin – çünki onların "ölüsü" təhqir olunur.

Əslində bu, bizim cəmiyyət olaraq harada yanlış etdiyimizi göstərən bir aynadır. Kiminsə həyatda qazandığı pul, vəzifə, şöhrət ölümündən sonra onu hörmətli insan etmir. İnsan ölərkən geridə təkcə var-dövlət yox, hörmət, xatirə və nüfuz buraxmalıdır. Əks halda bu dünya ilə vidalaşmaq da onlar üçün utanılacaq hala çevrilir.

Unutmayaq ki, rəhmət qazanmadan bu dünyadan köçmək ən acı sonluqdur. Biz isə sağlığımızda necə yaşadığımızı, kimlərin haqqına girdiyimizi, hansı izləri buraxdığımızı dərk etməliyik. Çünki nə yazıq ki, ölüm belə bəzilərini lənətdən qurtara bilmir.
...Və nəhayət, biz cəmiyyət olaraq bir sual üzərində düşünməliyik.

"Ailənin göz yaşını cəmiyyətin nifrəti yuyursa, orada böyük bir boşluq var".

Bu cür ömürlərdən yalnız nəticə çıxarmaq lazımdır.

Müəllif: NİSƏ AYDIN

16-07-2025, 15:38 308

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102