11 sentyabr 1993-cü ildə İran ordusu bizi mühasirəyə saldı


Bu günə qədər həmin silahlar Azərbaycana təhvil verilməyib

Onların rəhbəri Qasım Süleymani idi

Azərbaycan - İran münasibətləri son günlər diqqət mərkəzindədi. Vaxtaşırı cənub qonşumuzun Ermənistana müxtəlif yüklər daşıması haqlı narazılığa səbəb oldu və nəticədə Azərbaycan sərt tədbirlər icra etdi. Bu məsələ 1-ci Qarabağ müharibəsi dövründə də aktual idi. Həmin dönəmdə 848 saylı hərbi hissənin komandiri olan Zahir Həsənov Sumqayit.tv-yə açıqlamasında çox maraqlı faktları diqqətə çatdırdı: "Son vaxtlar İran İslam Respublikasının 1988-ci ildən bu günə kimi ağır vəziyyətə düşmüş Azərbaycan Respublikasına hərtərəfli yardım  etməsi mətbuatda aktual mövzuya çevrilib. Mən bir neçə faktları qeyd etməklə əsl həqiqətləri üzə çıxarmaq istəyirəm.
1-ci İran İslam Respublikası dövlət səviyyəsində Azərbaycana heç vaxtı hərbi yardım etməyib. Mülki yardım istisna olmaq şərtilə. Mən 1992-ci ildən 1995-ci ilə qədər hərbi xidmətdə olmuşam. İranın heç vaxt bizə  hərbi sahədə yaxından  köməyini görməmişəm. Bu dövlətə aid  bir neçə  faktları həm Azərbaycan xalqına, həm də İran İslam Respublikasının ölkəmizdə fəaliyyət göstərən xəfiyyələrinə çatdırmaq istəyirəm. 11 sentyabr 1993-cü il tarixində vətənimin ağır günlərində İran İslam Respublikası ordusu qeyri-qanuni yolla Azərbaycan sərhədlərinə keçərək Füzuli rayon ərazisinə yerləşdi. Azərbaycan ordusunu bir müddət mühasirədə saxladılar. Önümüzdə işğalçı ordu olmaqla, Azərbaycan ordusundan arxada İran İslam Respublikasının ordusu dayanmışdı. Həmin dövrdə hər hansı bir səhv addım Azərbaycan əsgərlərinin kütləvi qırğını ilə nəticələnə bilərdi. Bu hal sentyabrın 23-nə qədər davam etdi. 24 sentyabr 1993-cü il tarixdə Azərbaycan Respublikası MDB-yə daxil olduqdan sonra həmin ordu "torpaqların yiyəsi gəldi" deyib vətənimin hüdudlarını tərk etdi. Onların rəhbəri isə Qasım Süleymani idi. 
2-ci 23 oktyabr 1993-cü ildə işğalçı erməni ordusu Füzuli rayonu Böyük Bəhmənli kəndi istiqamətində hücum edərək Füzuli rayonunun bir hissəsini, Cəbrayıl və Zəngilan rayonlarını mühasirəyə salan zaman İran İslam Respublikası uzun müddət sərhədi açmadı. Bir gündən artıq vaxtdan sonra sərhədləri həmvətənlərimizin təkidindən sonra açdılar. Həmin vaxtı təqribən 13-15 min nəfər mülki əhalini İran tərəfə təhlükəsiz keçirdik. 3-cü mühasirədə qalan ordu İrana keçdikdən sonra bizi  tərki-silah etdilər və Azərbaycana keçəndə silahlarımızı geri qaytarmadılar. Halbuki, razılaşmaya əsasən Azərbaycana keçərkən silahlarımız bizə qaytarılmalıydı. Mən bu haqda olan sənədləri indiyə kimi saxlayıram. Bu günə qədər həmin silahlar Azərbaycana təhvil verilməyib. Belə olduğu halda, hərbi köməkdən söhbət gedə bilməz".



22-10-2021, 16:58 667

Digər xəbərlər

Səbinə Salmanovanın təşəbbüsü ilə Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunan təntənəli tədbir keçirilib FOTO

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Dünən, 20:06
Dünən, 17:12
11-07-2025, 16:35
11-07-2025, 16:24
11-07-2025, 15:58
11-07-2025, 14:22
11-07-2025, 12:29
11-07-2025, 12:03
11-07-2025, 11:54
11-07-2025, 11:52
11-07-2025, 11:49
11-07-2025, 11:40
11-07-2025, 01:06
11-07-2025, 00:47
11-07-2025, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
1 2 3 4 5 6 7 8 9 10 ... 964