Qarabağ abidələrinin bərpası gündəmə gətirilib


Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Özbəkistana səfəri çərçivəsində Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM) icraçı direktoru Ebber Ndoro ilə görüşüb.

Sumqayit.tv xəbər verir ki, görüşdə nazir Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində xalqımıza məxsus maddi mədəni irs nümunələrini vandalizmə məruz qoyduğunu, mənimsədiyini İCCROM rəhbərinin diqqətinə çatdırıb. Bildirib ki, Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Hazırda Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə geniş, bərpa və yenidənqurma işləri həyata keçirir.
Anar Kərimov bu prosesdə Mədəniyyət Nazirliyinin üzərinə düşən işlər haqqında məlumat verib. Qeyd edib ki, azad olunmuş ərazilərdə nazirlik tərəfindən inventarlaşma, tarixi-mədəniyyət abidələrinin əvvəlki və indiki vəziyyətinin müqayisəsi aparılıb. Artıq Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şuşa şəhərində mədəni quruculuq işlərinə başlanılıb. Nazir tarixi abidələrin bərpası prosesində İCCROM-un dəstəyinə ehtiyac duyulduğunu da E.Ndoronun diqqətinə çatdırıb.
İCCROM-un rəhbəri 2019-cu ildə UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında iştirakı ilə bağlı öz təəssüratlarını bölüşüb. Bildirib ki, İCCROM ilə Azərbaycan tərəfinin razılığına əsasən, daha öncə bərpa və restavrasiya ilə bağlı təlimlərin keçirilməsi planlaşdırılsa da, pandemiya səbəbindən təxirə salınıb.
Görüşdə həmin təlimlərin bərpası, bununla bağlı kurslar üzrə qrupların formalaşdırılması, onlayn treninqin keçirilməsi, işğaldan azad olunmuş ərazilərdə mədəniyyət abidələrinin bərpası ilə bağlı canlı kursların və təlimlərin təşkili, interaktiv diskussiyaların reallaşdırılması və bütün bunlar üçün texniki komissiyanın yaradılması və s. məsələlərlə əlaqədar fikir mübadiləsi aparılıb. Eyni zamanda İCCROM-un iştirakı ilə Azərbaycanda regional təlim mərkəzlərinin yaradılması da müzakirə edilib.

17-09-2021, 11:55 236

Digər xəbərlər

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

Sumqayıtın tanınmış ictimai-siyasi siması Qüdrət Kərimov vəfat edib

İyulun pensiyası ilə bağlı vacib MƏLUMAT

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Dünən, 16:35
Dünən, 16:24
Dünən, 15:58
Dünən, 14:22
Dünən, 12:29
Dünən, 12:03
Dünən, 11:54
Dünən, 11:52
Dünən, 11:49
Dünən, 11:40
Dünən, 01:06
Dünən, 00:47
Dünən, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
3-07-2025, 17:30
3-07-2025, 17:26
1 2 3 4 5 6 7 8 9 10 ... 964