Milli geyimlərə baxış keçirilib


Geyim mədəniyyəti maddi mədəniyyətin ən mühüm sahələrindən biridir. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “İnkişaf Korporasiyası” QSC tərəfindən tarixi mənbə və nümunələr əsasında müvafiq araşdırmalar aparılmaqla Azərbaycan milli geyim standartları hazırlanır.
Sumqayit.tv xəbər verir ki, Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və “İnkişaf Korporasiyası”nın icraçı direktoru Vüsal Qasımov hazırlanan milli geyim standartları ilə tanış olublar.

 
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, zəngin tarixə malik olan, XX əsrin əvvəllərinə qədər böyük bir inkişaf yolu keçmiş milli geyimlərimiz dövrün və siyasi quruluşun dəyişməsi, Avropa mədəniyyətinin məişətimizə sirayət etməyə başlaması ilə tarixə qovuşaraq indi əsasən muzey kolleksiyalarında saxlanılır.
Son dövrlər etnodəbin gündəmə gəlməsi ilə aktuallaşan milli geyimlərimiz əksər hallarda öz orijinal formasından tamamilə fərqli əlavə və dəyişikliklərə məruz qalır. Bu isə çox mənfi bir tendensiya olmaqla, gənclərin milli geyimlərlə bağlı yanlış məlumatlanmasına gətirib çıxarır, eyni zamanda hər an maddi-mənəvi dəyərlərimizi mənimsəməyə hazır olan qonşular üçün fürsət verir. Odur ki, maddi mədəniyyətin ən mühüm atributlarından biri olan milli geyimlərin yad əllərə düşməsinin, başqa millətlər tərəfindən özününküləşdirilməsinin qarşısını almaq üçün onun düzgün öyrənilməsi və təbliği çox vacibdir. 
Sonda qeyd olunub ki, geyim mədəniyyətimiz dünyaya səs salan xalçalarımız və muğam sənətimiz qədər zəngin və qədimdir, türk xalqlarının dünya mədəniyyətinə bəxş etdiyi böyük töhfələrdəndir. Bu sərvətlərlə fəxr etmək mənəvi haqqımız, onu öyrənib-öyrətmək, gələcək nəsillərə sağlam və toxunulmaz şəkildə ötürmək isə borcumuzdur.




27-09-2021, 09:38 369

Digər xəbərlər

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

Sumqayıtın tanınmış ictimai-siyasi siması Qüdrət Kərimov vəfat edib

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Bu gün, 17:12
Dünən, 16:35
Dünən, 16:24
Dünən, 15:58
Dünən, 14:22
Dünən, 12:29
Dünən, 12:03
Dünən, 11:54
Dünən, 11:52
Dünən, 11:49
Dünən, 11:40
Dünən, 01:06
Dünən, 00:47
Dünən, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
3-07-2025, 17:30
1 2 3 4 5 6 7 8 9 10 ... 964