“Arazdan Turana” məqalələr toplusunun təqdimat mərasimi keçirildi


2021-ci il dekabrın 14-də Abdulla Şaiqin Mənzil-Muzeyində Abdulla Şaiqin 140 illiyinə həsr edilmiş virtual konfransın materiallarından ibarət məqalələr toplusunun yer aldığı kitabın təqdimat mərasimi keçirildi.

Xatırladaq ki, 2021-ci il martın 18-də keçirilən konfrans Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Yazıçılar Birliyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə həyata keçirilmişdi. Yubiley konfransında Abdulla Şaiqin pedaqoji və ictimai fəaliyyəti, geniş ədəbi yaradıcılığının müxtəlif qolları haqqında məruzələr və çıxışlar  səsləndirildi.
Təqdim olunan yeni “Arazdan Turana” kitabında sözügedən konfransda səslənən çıxışlar və elmi məruzələr, ədibin şeirləri və Abdulla Şaiqin Mənzil-Muzeyinin əsas fondunda qorunan fotoşəkillər yer alıb. Kitabın layihə rəhbəri Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevadır. Kitab Milli Məclisin Mədəniyyət Komitəsinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Abdulla Şaiqin Mənzil-Muzeyinin, RHİM İB-nin, “NƏFƏS” İB-nin, ABAİ İB-nin dəstəyi ilə nəşr edilib.
Kitabın təqdimat mərasimində Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə  Paşayeva, Millət vəkili, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Mədəniyyət Nazirliyinin Muzey və daşınar mədəni irs sektorunun müdiri Altun Mikayıllı,  Azərbaycan Türk Ocaqları Başqanı Akif Aşırlı, ADPU-nin professorları, pedaqoji elmlər doktoru Fərrux Rüstəmov və f.ü.f.d. Təranə Rəhimli, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Arzu Hacıyeva çıxış etdilər.
Təqdimat mərasimində Abdulla Şaiqin Azərbaycan maarifçiliyinin inkişafında, yeni nəslin tərbiyəsində olan xidmətləri qeyd edilmiş, şairin irsinin geniş təbliği məqsədilə müxtəlif dillərdə çap məhsullarının hazırlanmasının əhəmiyyəti vurğulandı.

16-12-2021, 10:46 182

Digər xəbərlər

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

Sumqayıtın tanınmış ictimai-siyasi siması Qüdrət Kərimov vəfat edib

İyulun pensiyası ilə bağlı vacib MƏLUMAT

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Dünən, 16:35
Dünən, 16:24
Dünən, 15:58
Dünən, 14:22
Dünən, 12:29
Dünən, 12:03
Dünən, 11:54
Dünən, 11:52
Dünən, 11:49
Dünən, 11:40
Dünən, 01:06
Dünən, 00:47
Dünən, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
3-07-2025, 17:30
3-07-2025, 17:26
1 2 3 4 5 6 7 8 9 10 ... 964