Sumqayıt məzununun "Qordi düyünü" - TƏQDİMAT

Masallıda 19 yaşlı yazıçı Gülnaz Nağızadənin "Qordi düyünü” kitabının təqdimatı olub

Masallı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə  əslən Masallıdan olan,  Sumqayıt şəhər 12 nömrəli orta məktəbin məzunu Gülnaz Nağızadənin yeni, üçüncü nəşr olunmuş "Qordi düyünü” kitabının təqdimatı olub.
Masallı şəhər Gənclər Evində məktəb və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilib.


Masallı RİH başçının müavini –İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova icra başçısı cənab Şahin Məmmədovun salamlarını tədbir iştirakçılarına çatdırıb, gənc yazar Gülnaz Nağızadəni iştirakçılara təqdim edib və ona yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı,  Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Masallının Yeənkənd kəndindən olan, hazırda Bakı Dövlət Universitetinin hüquq fakültəsinin ikinci kurs tələbəsi Gülnaz Nağızadəni təbrik edərək, onun gələcəkdə daha böyük uğurlara imza atacağına inandığını bildirib.


AMEA N.Gəncəvi adına Ədəbiyyat institu Ədəbi tənqid şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi Vaqif Yusifli çıxış edərək Gülnazın  artıq bir yazıçı kimi yetişdiyini,  daha ucalığa can atan bir yazar olduğunu qeyd edib.
«Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı, yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar İncəsənət xadimi Elçin Hüseynbəyli, kitabın redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Arif Fərzəli, Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin sədri, yazıçı,  Qafar Cəfərli, Prezident təqaüdçüsü, gənc şair Elvin Əlizadə, «Masallı ziyalıları» İctimai Brliyinin sədri, «Tərəqqi» medallı Qardaş Fətullayev, «Dəginə» məktəb-liseyinin direktoru Taleh Əkbərov, «Tərəqqi» medallı müəllim Ədalət Nemətov, atası Nasir Nağıyev, müəllimələr, şəhər ictimaiyyətinin nümayəndələri və başqaları gənc yazar  Gülnaz Nağızadəni əsərinin bədii məziyyətlərindən söz açıb, onu təbrik ediblər.
Sonra müəllif, 19 yaşlı yazıçı Gülnaz Nağızadə üçüncü kitabının işıq üzü görməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib və bu çətin yolda addımlayacağını qeyd edib.
Tədbirin sonunda gənc yazara MİHİ Sumqayıt şəhər Komitəsi tərəfindən  hədiyyə və gül dəstəsi təqdim olunub.
Yazıçı Gülnaz Nağızadənin  valideynləri belə bir tədbirin ərsəyə gəlməsində göstərdiyi qayğıya görə RİH başçısı cənab Şahin Məmmədova, eyni zamanda tədbirdə iştirak edən bütün qonaqlara təşəkkür  ediblər. — İstedad  kül altında qalan qordur. Onu tapan, üzə çıxaran gərəkdir. Hər adam savadlı ola bilər, istedadlı ola bilməz. Bu mənada həmişə istedada çevrilən bir ömür, istedadı dərk edib üzə çıxaran bir adam, üstəgəl istedad zəhmətinin sahibi bərabər olur xalqımızın qazancına. Bu istedada dəyər verib üzə çıxardığınıza görə Gülnazın valideynləri olaraq minnətdarlığımızı bildiririk... — deyə atası Nasir xüsusi vurğulayıb.

27-04-2022, 10:25 265

Digər xəbərlər

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

Sumqayıtın tanınmış ictimai-siyasi siması Qüdrət Kərimov vəfat edib

İyulun pensiyası ilə bağlı vacib MƏLUMAT

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Dünən, 16:35
Dünən, 16:24
Dünən, 15:58
Dünən, 14:22
Dünən, 12:29
Dünən, 12:03
Dünən, 11:54
Dünən, 11:52
Dünən, 11:49
Dünən, 11:40
Dünən, 01:06
Dünən, 00:47
Dünən, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
3-07-2025, 17:30
3-07-2025, 17:26
1 2 3 4 5 6 7 8 9 10 ... 964