Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) idarə heyətinin ümumi iclası keçirilib.
Sumqayit.tv xəbər verir ki, Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.
Bununla yanaşı, Cəmil Fərəcov, Həmidə Ömərova və Oleq Səfərəliyev AKİ-nin Rəyasət heyətinə üzvlər seçilib.
Qeyd edək ki, AKİ-nin əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Rusiyanın Moskva şəhərində vəfat edib. O, Birinci Fəxri xiyabanda dəfn olunub.