“Ermənistan mozaika daşına çevriləcək” - Rəsmi Bakının şok enerji strategiyası

 


“Ermənistanın Azərbaycandan qaz almasını müsbət hesab edirəm, bu məsələni müzakirə etməliyik. İndi də Rusiya Federasiyasından aldığımız qazın bir hissəsi Azərbaycan qazıdır”.
Musavat.com-un məlumatına görə Ermənistan parlamentinin spikeri Alen Simonyan 2 gün əvvəl keçirdiyi brifinqdə belə deyib. Ermənistanda şok effekti yaradan bu açıqlama Azərbaycan prezidenti İlham Əliyevin bir neçə gün əvvəl Bakıda keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda səsləndirdiyi fikirlərinə cavabdır. Prezident həmin çıxışında bildirmişdi ki, Ermənistanın regionda energetika şəbəkəsinə qoşulmaq imkanı var: “Azərbaycan Ermənistan vasitəsilə Naxçıvana qaz kəməri çəkə bilər. Bu, əlverişlidir. Amma bunun baş verməsi üçün Ermənistanın Azərbaycanla sülh sazişi bağlaması lazımdır. Bu, atılmalı olan ilk addımdır".
İlham Əliyevin sözlərini şərh edən erməni spiker bunun müsbət addım olduğunu, hətta Ermənistanın özünün də Azərbaycandan qaz ala biləcəyini vurğulamışdı. Siyasi şərhçi Heydər Oğuz Azərbaycanın Ermənistanı qazla təchiz etməsi ideyasının yeni olmadığını bildirib. O qeyd edib ki, hələ ötən il Tbilisidə keçirilən Beynəlxalq Forumunda çıxış edən Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Hakob Vardanyan da İrəvanın bu niyyətini dilə gətirmişdi: “Vardanyan bildirmişdi ki, İrəvan bir sıra siyasi məsələlər həll edildikdən sonra Azərbaycandan qaz almağa hazırdır. Bundan əvvəl isə 2021-ci ildə, yəni 44 günlük müharibənin yaraları hələ sağalmamış erməni rəsmilərinin öz enerji tələbatlarını Azərbaycan vasitəsilə ödəməkdə maraqlı olduqlarına dair bəzi məlumatlar ortaya atırdı. Ermənistan iqtisadiyyat naziri Vaan Kerobyan 2021-ci ilin 27 avqustda mediaya verdiyi bir açıqlama bunun bariz nümunələrindəndir. Nazir açıqlamasında Gürcüstandan Ermənistana 60 milyon dollarlıq investisiya qoyulacağı barədə məlumat vermişdi. Həmin 60 milyonluq investisiyanın Ermənistanda yanacaqdoldurma məntəqəsi sektoruna yatırılacağını vurğulayan Kerobyanın açıqlamasından sonra araşdırma aparan erməni ekspertləri bu qədər məbləğin yalnız yanacaqdoldurma məntəqələri açmağa sərf olunmasının Ermənistan kimi balaca ölkədə yanacaqdoldurma sahəsinin tamamilə inhisara alınması mənasına gəldiyi qənaətinə varmışdılar. Üstəlik, investisiya layihəsinin arxasında kimin dayanması sualı da erməniləri xeyli narahat etmişdi. Baxmayaraq ki, nazir təşəbbüskar-investorun adını çəkməmişdi. Amma erməni mediasının araşdırmaları nəticəsində məlum olmuşdu ki, ölkəyə bu qədər böyük vəsaiti yatırmaq istəyən “müxtəlif vaxtlarda Rusiya, İsveç və Gürcüstan vətəndaşı olan tanınmış iş adamı David Yakobaşvili”dir, - Heydər Oğuz bildirib.
1566220877_dav.jpg (33 KB)
Bəs kimdir bu David Yakobaşvili və onun Azərbaycanla nə əlaqəsi var?
Siyasi şərhçinin deyir ki, “Yerevan Today” portalı bu suala belə cavab verirdi: “Yakobaşvili Gürcüstanın "Petrocas Energy Group" şirkətinin rəhbəridir və yük daşımaları ilə məşğuldur və onun Azərbaycanın neft şirkəti SOCAR-la ortaqlığı var. SOCAR-ın Yakobaşvilinin vasitəsilə Ermənistanın enerji bazarına çıxacağını və “bundan irəli gələn siyasi, geosiyasi fəsadlarla bağlı əsaslı şübhələrin” olduğunu vurğulayan portal yazırdı ki, Kerobyan əslində Azərbaycan-Türkiyə maraqlarına xidmət edir".
Yenə həmin dövrlərdə Ermənistanın “Qraparak” qəzetinin öz mənbələrinə istinadən yazdığı bir xəbəri də diqqətə çatdıran siyasi şərhçi xatırlatdı ki, məlumatda SOCAR-ın Ermənistanda bitum zavodunu almaq istədiyindən bəhs olunurdu: “Qəzet iddia edirdi ki, bu məsələ ilə bağlı Azərbaycanın ən böyük vergi ödəyicilərindən olan şirkət Gürcüstanın vasitəçiliyi ilə danışıqlar aparır. Düzdür, SOCAR sonradan bu məlumatı təkzib edərək bildirmişdi ki, onun kimi böyük şirkətin belə xırda məsələlərə diqqət ayırması üçün heç bir səbəb yoxdur. Bununla belə, müxtəlif erməni rəsmiləri tərəfindən dilə gətirilən iddialar tamamilə yalan da ola bilməzdi”.
Heydər Oğuz onu da xatırlatdı ki, Azərbaycan ordusu Qafan-Gorus yolunu işğaldan azad edəndən sonra həmin ərazilərdə SOCAR yanacaqdoldurma məntəqələri qurmuşdu: “Sözsüz ki, yalnız ermənilərin keçdiyi 20 km-lik yol üzərində qurulan və ya qurulması planlaşdırılan bu yanacaqdoldurma məntəqələri təkcə azərbaycanlılara xidmət etməyəcəkdi”.
Ermənilərin enerji təchizatı baxımından Rusiya və İrandan asılılığını nəzərə çatdıran Heydər Oğuzun fikrincə, Qərbə meyllənən bu ölkənin ciddi enerji böhranı ilə üz-üzə qalması ehtimalı var: “Bilirsiniz ki, Ermənistan qaz tələbatının 85 faizini  Rusiyadan alır. Digər 15 faizi isə İrandan təmin olunur. İranın etibarlı enerji tərəfdaşı olmadığı hər kəsə bəllidir. Hər qış ayı öz daxili ehtiyaclarını əsas gətirib qonşu dövlətlərə satdığı təbii qazı dayandırır. Rusiya isə Qərbə inteqrasiya xətti tutan, hətta ölkədəki rus qoşunlarını çıxarmağa hazırlaşan İrəvanı enerji təchizatı ilə imtahana çəkə bilər və Moskva bu niyyətini gizlətmir də. Belə bir zamanda İrəvanın ümid bağlayacağı yeganə enerji təchizatçısı Azərbaycan ola bilər. Hər halda cəmi-cümlətanı 2.4 milyard kub metrlik qaz tələbatı olan bu ölkəyə Yaxın Şərqdən və ya Venezuelladan, yaxud ABŞ-dan qaz kəmərləri çəkilməyəcək. Azərbaycanın isə hələ sovet hakimiyyəti illərindən yadigar qalan Ermənistana qaz kəmərləri xətti mövcuddur. Zaman-zaman Rusiya öz kəmərlərində təmir aparanda ermənilərə qazı biz vermişik. Yenə də eyni xətlər vasitəsilə onun tələbatını ödəyə bilərik”.
123636361714154234.jpg (74 KB)

Ermənistanın enerji tələbatının Azərbaycan vasitəsilə ödənilməsinə müsbət baxan Heydər Oğuz bunun iki ölkə arasında qalıcı sülh üçün vacib olduğunu düşünür: “Söhbət təkcə Azərbaycanın Ermənistandan qazanacağı beş-on manatdan getmir. Enerji təhlükəsizliyini Azərbaycan mənbələri hesabına quran Ermənistan istər-istəməz ölkəmizə qarşı iddialarından vaz keçəcək, bizə və qardaş Türkiyəyə qarşı lobbiçilik fəaliyyətini dayandırmağa məcbur olacaq, iki dövlət arasında yaranacaq yaxın münasibətlər inteqrasiya prosesini sürətləndirəcək, nəticədə 3 milyonluq əhalisi olan bu coğrafiya 100 milyonluq Türk dünyasının ayrılmaz parçasına, kiçik mozaika daşına çevriləcək”.
Məhz bu səbəbdən rəsmi Bakının 44 günlük savaş bitər-bitməz Ermənistanın enerji təchizatını öz üzərinə götürməyə çalışdığını düşünən Heydər Oğuz regionun müstəqilləşməsinin daha qısa və effektli yolunun olmadığına inanır.

27-04-2024, 11:21 165

Digər xəbərlər

Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi - FOTO

"Sumqayıt" klubu baş məşqçisi ilə əməkdaşlığı davam etdirəcək

Sumqayıt sənaye zonası Azərbaycanın qeyri-neft ixracının əsas mərkəzinə çevrilib

Prezident ŞƏT tədbirində çıxış etdi

Sumqayıtda məktəb yaxınlığında anti-sanitariya vəziyyəti – sakinlər narazıdır -FOTO

Sumqayıtın mərkəzində ağır tonnajlı maşın problemi – "Qarabağ" kinoteatrının qarşısı dayanacağa çevrilib - FOTO

Sumqayıtda 13 yaşlı uşaq boğulma nəticədə həyatını itirdi

Sumqayıtlı avtomobil həvəskarı klassik maşını ilə Bakı sərgisində - FOTO

Sumqayıtda dənizkənarı evlər kirayə mənzil proqramına daxil edildi

Sumqayıtlı cüdoçular U-14 Liqa yarışında 4 medal qazandılar - FOTO

Sumqayıtda torpaq hərracları keçiriləcək

Sumqayıtdan digər regionlara sərnişin daşınan avtobusların 45 %-i yenilənib

AFFA Sumqayıtda azyaşlı futbolsevərlərə dəstək oldu

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 10 ildə 15 milyard manatlıq məhsul satıb

Şahmatdan tibbə: Uğurla dolu bir yol-FOTO

Qaz və işıq limiti ilə bağlı ÖNƏMLİ XƏBƏR - Yaxın aylarda..

Sumqayıtda evli kişi sevgilisinin keçmiş ərini döydü – MƏHKƏMƏ

Sumqayıt–Quba marşrutu üzrə yeni daşıyıcı müəyyən edilib

677.2 balla Tibb Universitetinə qəbul olan Davıdov Uğur – Məktəbimizin fəxri - FOTO

Sabah "Sumqayıt" – "Şamaxı"nı qəbul edəcək

1 2 3 4 5 6 7 8 9 10 ... 963
Dünən, 15:22
Dünən, 15:16
Dünən, 15:13
Dünən, 15:04
Dünən, 10:28
Dünən, 09:32
30-08-2025, 22:21
30-08-2025, 17:04
30-08-2025, 12:13
30-08-2025, 09:26
29-08-2025, 20:15
29-08-2025, 20:10
29-08-2025, 20:05
29-08-2025, 14:57
29-08-2025, 14:14
29-08-2025, 09:39
29-08-2025, 09:27
28-08-2025, 17:55
28-08-2025, 13:11
28-08-2025, 12:59
28-08-2025, 12:33
28-08-2025, 10:24
27-08-2025, 17:12
27-08-2025, 16:29
27-08-2025, 16:08
27-08-2025, 14:50
27-08-2025, 14:42
27-08-2025, 13:43
27-08-2025, 13:22
27-08-2025, 12:02
26-08-2025, 14:43
26-08-2025, 13:28
26-08-2025, 13:20
26-08-2025, 11:38
26-08-2025, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
1 2 3 4 5 6 7 8 9 10 ... 963