Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Dünyanın enerji sektorunun ən nüfuzlu beynəlxalq platformalarından “Bakı Enerji Həftəsi” eyni zamanda Azərbaycanın son otuz ildə keçdiyi inkişaf yolunun, qazandığı uğurların və formalaşdırdığı yeni geosiyasi reallığın təqdimat meydanıdır. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində etdiyi çıxış isə müasir Azərbaycanın enerji siyasətinin fəlsəfəsini, iqtisadi gücünün mənbəyini və gələcəyə baxışını bütün aydınlığı ilə ortaya qoydu.
Dövlət başçısı təsadüfi deyil ki, bugünkü uğurların təməlində dayanan tarixi məqamlara xüsusi diqqət çəkdi. Onun sözləri ilə desək, Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoydu. Məhz həmin təməlin üzərində sonrakı illərdə nəhəng layihələr həyata keçirildi, beynəlxalq tərəfdaşlıqlar quruldu və Azərbaycan qlobal enerji xəritəsində strateji mövqeyə yüksəldi.
Prezident çıxışında dünyanın enerji siyasətində son illər müşahidə olunan yanaşmalara da toxundu və mühüm bir həqiqəti xatırlatdı: “Dünya faydalı qazıntı olmadan yaşaya bilməz”. Bu fikir təkcə enerji bazarlarının reallığını deyil, həm də iqtisadi inkişafın fundamental əsaslarını ifadə edir. Dövlət başçısı vurğuladı ki, enerji təhlükəsizliyi ilə yaşıl enerji arasında süni qarşıdurma yaratmaq doğru yanaşma deyil. Əksinə, praqmatik siyasət hər iki istiqamətin paralel inkişafını tələb edir.
Azərbaycanın keçdiyi yolun mahiyyəti də məhz bu praqmatizmdədir. Prezident İlham Əliyev 1990-cı illərin əvvəllərində ölkənin üzləşdiyi ağır vəziyyəti xatırladaraq bildirdi ki, həmin dövrdə iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik, işğal faktı, bir milyondan artıq qaçqın və məcburi köçkün problemi ölkənin qarşısında son dərəcə ciddi çağırışlar yaratmışdı. Belə bir şəraitdə Azərbaycanın yeganə çıxış yolu malik olduğu təbii sərvətlərdən səmərəli istifadə etmək idi.
Bu strategiyanın nəticələri isə bu gün bütün dünyaya bəllidir. “Yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də təqribən eyni rəqəm səviyyəsindədir”, – deyən dövlət başçısı Azərbaycanın iqtisadi göstəricilərinin davamlı şəkildə yaxşılaşdığını vurğuladı. Xarici borcun minimum səviyyəyə endirilməsi, valyuta ehtiyatlarının sürətlə artması və maliyyə müstəqilliyinin təmin olunması ölkənin güclü iqtisadi modelinin göstəriciləridir. Prezidentin diqqət çəkdiyi kimi, “ehtiyatlarımız xarici borcu 18 dəfədən çox üstələyir”.
Azərbaycanın enerji siyasəti yalnız iqtisadi uğurlar yaratmayıb. Bu siyasət ölkənin milli təhlükəsizliyinin möhkəmləndirilməsində də həlledici rol oynayıb. Dövlət başçısı açıq şəkildə bildirdi ki, “30 il ərzində işğal altında qalmış torpaqlarımızı azad edən güclü ordu qurduq”. Azərbaycanın iqtisadi qüdrəti və enerji gəlirlərindən düzgün istifadə nəticəsində formalaşan güclü dövlət modeli Vətən müharibəsində tarixi Zəfərin qazanılmasına mühüm töhfə verdi.
Bu gün Azərbaycan artıq yalnız enerji istehsalçısı deyil, həm də Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biridir. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Azərbaycan qazını alan 16 ölkədən 10-u Avropa İttifaqına üzv olan ölkələrdir”. Bu fakt Azərbaycanın beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş imicinin ən parlaq göstəricilərindən biridir.
Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi nəhəng layihələr Azərbaycanın təşəbbüskarlığının və uzaqgörən siyasətinin nəticəsidir. Dövlət başçısının sözləri ilə ifadə etsək, “bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir”.
Lakin Azərbaycanın enerji strategiyası yalnız neft və qazla məhdudlaşmır. Prezident İlham Əliyev çıxışında ölkənin yaşıl enerji sahəsindəki ambisiyalı planlarını da açıqladı. Gələn ilin sonunadək bərpaolunan enerji üzrə gücün 2 giqavata, 2032-ci ilin sonunadək isə 8 giqavata çatdırılması hədəfi Azərbaycanın enerji keçidində də lider mövqedə olduğunu göstərir. Dövlət başçısının vurğuladığı kimi, “mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcəkdir”. Buna baxmayaraq, Azərbaycan məsuliyyətli dövlət kimi yaşıl enerji layihələrinə böyük sərmayələr yatırır.
Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycanın uğurunun əsasında yalnız təbii sərvətlər deyil, düzgün strategiya, milli maraqlara söykənən siyasət, güclü liderlik və uzaqgörən dövlət idarəçiliyi dayanır. Bu gün Azərbaycan enerji təhlükəsizliyinin təminatçısı, nəqliyyat dəhlizlərinin mərkəzi, regional əməkdaşlığın aparıcı qüvvəsi və qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır.
Bakıdan dünyaya verilən əsas mesaj isə çox aydındır: təbii sərvətlər özlüyündə sərvət deyil, onları xalqın rifahına, dövlətin gücünə və gələcəyin qurulmasına çevirə bilmək əsl uğurdur. Azərbaycan bu uğurun ən parlaq nümunələrindən birinə çevrilib və bu gün artıq enerji gücünü geosiyasi liderliyə transformasiya edən dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoyur.

Elnarə Akimova,
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü,
Filologiya elmləri doktoru


Bu gün, 16:53 8

Digər xəbərlər

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

SANKON Azərbaycan nümayəndəliyində yeni təyinat olub

Sumqayıt təhsil göstəricilərinə görə bir çox rayonları geridə qoyub-Siyahı

Sumqayıtda kanalizasiya daşıb, küçələri və evləri su basıb - VİDEO

Rusiya səfirini niyə Moskvaya çağırdı? – Ermənistanın Aİ kursuna sərt mesaj - VİDEO

Rusiya Ermənistandakı səfirini geri çağırdı

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Bu gün, 16:53
Bu gün, 16:33
Bu gün, 10:17
Dünən, 18:20
Dünən, 18:16
Dünən, 18:09
Dünən, 14:57
Dünən, 14:52
Dünən, 14:44
Dünən, 14:31
Dünən, 11:40
Dünən, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
1 2 3 4 5 6 7 8 9 10 ... 1060