
Sumqayıt şəhərində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir təşkil olunub.
Sumqayit.tv xəbər verir ki, tədbir Sumqayıt Muğam Mərkəzində keçirilib. Tədbirdə şəhər rəhbərliyi, təhsil nümayəndələri, müəllimlər, valideynlər və uşaqlar iştirak ediblər.
Çıxışlarda uşaqların hüquqlarının qorunması, onların təhsil və inkişaf imkanlarının genişləndirilməsinin vacibliyi vurğulanıb.
Bayram proqramı məktəblilərin hazırladığı konsert proqramı ilə davam edib. Tədbirdə mahnılar, rəqslər və müxtəlif səhnəciklər təqdim olunub.
Sonda bir qrup müəllim və tərbiyəçi fəxri fərmanlarla təltif edilib.
Bu gün, 16:33
5