Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

 

Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri Təbrik Quliyevin vəzifəsindən ayrılması ilə bağlı yayılan məlumatlarla əlaqədar yeni açıqlama əldə olunub.

Təbrik Quliyev Sumqayit.tv-yə açıqlamasında istefa ərizəsi təqdim etdiyini təsdiq edib.

Onun sözlərinə görə, ərizə təxminən 3 həftə əvvəl təqdim edilib. Lakin məsələ ilə bağlı hələlik rəsmi qərarın verilmədiyi bildirilib.

Qeyd edək ki, hazırda Azərbaycan Ağsaqqallar Şurasının rəsmi internet səhifəsində Təbrik Quliyev hələ də Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri kimi göstərilir.

Təbrik Quliyev uzun illər Sumqayıtın sənaye və kimya sektorunda müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, müxtəlif illərdə Azərbaycan Respublikası Dövlət Mükafatı Laureatı adına, “Əməkdar mühəndis” fəxri adına layiq görülüb, həmçinin “Tərəqqi” medalı ilə təltif olunub.

2022-ci ilin sentyabr ayından etibarən isə Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri vəzifəsini icra edib.

Məsələ ilə bağlı rəsmi qərarın veriləcəyi təqdirdə əlavə məlumat təqdim olunacaq.


1-06-2026, 14:31 155
Bu gün, 15:20
Bu gün, 14:34
Bu gün, 13:44
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
1 2 3 4 5 6 7 8 9 10 ... 1086