
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən Sumqayıtda ictimai dinləmə təşkil olunacaq.
Sumqayit.tv xəbər verir ki, tədbir 12 iyun 2026-cı il tarixində saat 15:00-da şəhər ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçiriləcək.
İctimai dinləmədə pensiya və sosial müavinətlərlə bağlı məsələlərin müzakirə olunacağı bildirilib.
Qeyd olunub ki, tədbirdə iştirak etmək istəyən şəxslər DSMF-nin Sumqayıtda yerləşən Abşeron-Xızı Regional Filialına yaxınlaşaraq və ya Fondun rəsmi sosial şəbəkə hesabları vasitəsilə müraciət edib qeydiyyatdan keçə bilərlər.
Bu gün, 18:20
32