
Bu gün əməkdar məşqçi, 6-cı dan qara kəmər sahibi Rafael Məmmədovun doğum günüdür.
Sumqayit.tv xəbər verir ki, Rafael Məmmədov uzun illərdir karate və müxtəlif döyüş idman növləri üzrə fəaliyyət göstərir.
O, dünya və Avropa çempionu Rafael Ağayev başda olmaqla, onlarla tanınmış karateçinin ilk müəllimi və fərdi məşqçisi kimi tanınır.
Hazırda S.K.İ.F. Azərbaycanın vitse-prezidenti olan Rafael Məmmədov Azərbaycan karate məktəbinin inkişafında xidmətləri ilə seçilən məşqçilərdən hesab olunur.
Azərbaycan Milli Karate Federasiyasının kollektivi Rafael Məmmədovu doğum günü münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Bu gün, 15:17
6