Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

 

Elm və Təhsil Nazirliyi ilə “Microsoft” arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrində rəqəmsal transformasiya işləri davam etdirilir.

Sumqayit.tv xəbər verir ki, layihə çərçivəsində Sumqayıt Dövlət Universitetində də “Microsoft”un lisenziyalı rəqəmsal həlləri istifadəyə verilib.

Nazirlikdən verilən məlumata görə, həyata keçirilən əməkdaşlığın əsas məqsədi universitetlərin müəllim, tələbə və inzibati heyətinin müasir rəqəmsal alətlərə çıxış imkanlarını genişləndirmək, tədris və idarəetmə prosesində innovativ texnologiyaların tətbiqini sürətləndirməkdir.

Qeyd olunub ki, ümumilikdə 20 ali təhsil müəssisəsinin “Microsoft” platforması ilə təmin olunması nəzərdə tutulur. Hazırda Sumqayıt Dövlət Universiteti daxil olmaqla bir sıra ali təhsil müəssisələrində bütün texniki və təşkilati işlər yekunlaşdırılıb.

Məlumata əsasən, “Microsoft Copilot” kimi süni intellekt əsaslı alətlər müəllimlərə dərs planlarının hazırlanması, tədris materiallarının yaradılması və qiymətləndirmə prosesində əlavə imkanlar təqdim edir. Bunun tədris keyfiyyətinin artırılmasına və müəllimlərin iş yükünün optimallaşdırılmasına töhfə verəcəyi bildirilir.

Nazirlik hesab edir ki, layihə ali təhsil sistemində rəqəmsal bacarıqların inkişafı və innovativ texnologiyaların tədris mühitinə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.


3-06-2026, 18:49 66

Digər xəbərlər

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Berlin görüşündə hansı mesajlar verildi? – Əliyev və Mertsdən açıqlamalar-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
20-07-2026, 19:44
1 2 3 4 5 6 7 8 9 10 ... 1086