"ABŞ öz varlığını ortaya qoymağa çalışır" - POLİTOLOQ ŞƏRH ETDİ


"Məlum olduğu kimi, ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda görüş keçirdikləri bir zamanda Bakıya, Prezident İlham Əliyevə zəng edib. Mətbuata məlum olduğu kimi tərəflər arasında telefon danışığı zamanı Blinken Ermənistanla Azərbaycan arasında sülhə nail olmağın əhəmiyyətini və mümkünlüyünü vurğulayıb. Eyni zamanda, ABŞ dövlət katibi, Azərbaycan dövlət başçısı ilə Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulmasını da müzakirə edib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev deyib.
Onun sözlərinə görə, ümumiyyətlə ABŞ-ın xarici siyasət strategiyasına nəzər saldıqda bu ölkənin hər zaman uzunmüddətli, planlı və hərtərəfli siyasət yürütdüyünü görmək olar: "ABŞ dünyanın demək olar bütün bölgələri ilə hərbi, iqtisadi, siyasi və mədəni bağlılıq quraraq öz siyasətini şəkilləndirir və təsir imkanlarını genişləndirir. O cümlədən, Vaşinqtonun bu siyasəti bizim region üçün də keçərlidir. ABŞ Qafqaz bölgəsində yumşaq siyasət yürütməklə öz varlığını ortaya qoymaqda maraqlıdır. Bildiyimiz kimi, Amerika Birləşmiş Ştatları Qafqaza 200 ildir özünün arxa baxçası kimi baxan Rusiya ilə ciddi mübarizə şəraitindədir. Bu iki ölkə demək olar ki, bir çox nöqtələrdə, o cümlədən Qafqazda amansız rəqabət içərisindədir".
Politoloq sözlərinə davam edərək bildirib ki, bu səbəbdən həm Bakı, həm də İrəvanla tez-tez əlaqələr qurur və cərəyan edən prosesin lokomotivi rolunda çıxış etmək istəyir: "Xüsusən də bu mübarizənin əsas konturları Ermənistan üzərində çizilir. Belə ki, Qərb, Paşinyanı iqtidara gətirməklə, Ermənistanda Rusiyanın əlindən siyasi rıçaqları ala bildi. İndi də Qərb istəyir ki, Rusiyanın Ermənistan üzərində olan digər təsir imkanlarını da alsın. Beləliklə, Moskvanı tam olaraq Qafqazdan çıxartsın. Bunun üçün əsasən də Qarabağ kartından istifadə edilir. Məlum güclər üçün Qarabağ kartı üzərindən Ermənistana və ermənilərə təsir etmək ən rahat variantdır. Amma mütləq ki, bu məsələdə Azərbaycanı da gözardı etmək mümkun deyil. Çünki, Azərbaycanın Qarabağ siyasəti bir çox hallarda nə ABŞ-ın, nə Rusiyanın, nə də Aİ-nin maraqları ilə uzlaşmır. Belə ki, istər ekofəalların aksiyaya başlaması, yaxud Azərbaycan tərəfinin Laçında sərhəd nəzarət-keçid məntəqəsini qurması Ermənistana hamilik edən bütün qüvvələri ciddi mənada narahat etdiyindən, Bakının yürütdüyü siyasətə qarşı gah bəyanat verdilər, gah zəng etdilər, gah da Azərbaycana səfər edərək ölkə rəhbərliyini geri addım atmaq üçün dilə tutmağa çalışdılar. Hər dəfə də rəsmi Bakının qəti və geriyədönməz siyasəti ilə qarşılaşdılar. Bu da Ermənistanı əldə etmək üçün yarışa çıxan dövlətləri çətin vəziyyətə salır.
Belə olduğu halda Bakı və İrəvanı bir masa arxasında əyləşdirmək, birbaşa dialoqlar qurmaq və sülh prosesinə nail olmaq ücun ABŞ maraqlı görünür. Çünki regionda sülhün bərqərar olunması Vaşinqtonun vasitəçiliyi ilə baş tutacağı təqdirdə dediyimiz kimi, Rusiyanın Qafqazda sözünün çəkisi azalmış olacaq. Ona görə də ABŞ məcburdur ki, tərəf kimi Azərbaycanın maraqlarını nəzərə alıb, əlaqələrini inkişaf etdirsin və Bakıya diqqətini artırsın".
Müəllif: Ləman Əlizadə

2-05-2023, 15:39 109

Digər xəbərlər

Sumqayıtda güllələnmə hadisəsi baş verib, bir nəfər ölüb

Səbinə Salmanovanın təşəbbüsü ilə Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunan təntənəli tədbir keçirilib FOTO

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Dünən, 12:09
12-07-2025, 20:06
12-07-2025, 17:12
11-07-2025, 16:35
11-07-2025, 16:24
11-07-2025, 15:58
11-07-2025, 14:22
11-07-2025, 12:29
11-07-2025, 12:03
11-07-2025, 11:54
11-07-2025, 11:52
11-07-2025, 11:49
11-07-2025, 11:40
11-07-2025, 01:06
11-07-2025, 00:47
11-07-2025, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
1 2 3 4 5 6 7 8 9 10 ... 964